Serbiyanın Baş nazirin müavini, dağ-mədən və energetika naziri xanım Zorana Mixayloviç Fəxri Xiyabanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub. Bu barədə "525"ə Serbiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
525.az xəbər verir ki, Serbiyanın Bakıdakı səfiri Draqan Vladisavljeviçin və nümayəndə heyətinin digər üzvlərin iştirakı ilə nazir Mixayloviç Heydər Əliyevin həyat yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.
Sonra nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək, burada dəfn edilmiş Azərbaycan qəhrəmanlarının xatirəsini yad ediblər, məzarları üzərinə gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Nazir Mixayloviç iyunun 1-də Bakıya iki günlük səfərə gəlib, o, "Bakı Enerji Həftəsi" və Bakı Enerji Forumunda iştirak edib və bir sıra ikitərəfli görüşlər keçirəcək.




PƏRVANƏ
çap et