525.Az

Azərbaycan-Rumıniya iqtisadi əlaqələrinin genişləndirilməsi müzakirə olunub


 

Azərbaycan-Rumıniya iqtisadi əlaqələrinin genişləndirilməsi müzakirə olunub<b style="color:red"></b>

İqtisadiyyat naziri Mikayıl Cabbarov Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən 525.az-a verilən məlumata görə, tədbirdə qarşılıqlı iqtisadi əlaqələrin inkişafı, enerji, nəqliyyat, ticarət və s. sahələrdə tərəfdaşlıq, SOCAR-ın Rumıniyada fəaliyyəti vurğulanıb, Rumıniya şirkətləri Azərbaycandan olan həmkarları ilə fəal əməkdaşlığa dəvət olunub.

Tərəflər iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

 





02.06.2022    çap et  çap et