525.Az

Vətən müharibəsinə həsr olunmuş qorelyefin açılışı olub


 

Vətən müharibəsinə həsr olunmuş qorelyefin açılışı olub<b style="color:red"></b>

İyunun 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İncəsənət və fiziki tərbiyə fakültəsində "Şuşa ili" münasibəti ilə 44 günlük Vətən müharibəsinə həsr edilmiş qorelyefin açılışı olmuşdur. Qorelyefin müəllifi Təsviri incəsənət müəllimliyi ixtisası lll tədris ili tələbəsi Mahmudov Pərviz Vilayət oğludur. 

Tədbirin açılışında fakültə dekanı dosent Laçın Həsənova çıxış edərək Vətən müharibəsindən və həmçinin fakültədə milli ruhun daima tələbələrə aşılanmasından danışdı. Universitet Həmkarlar İttifaqı Komitəsinin (HİK) sədri Vaqif Əliyev,  Təsviri incəsənət və onun tədrisi texnologiyası kafedrasının müəllimi dos. Rais Rəsulov da öz təəssüratlarını bölüşdülər. 

Tədbir zamanı Musiqi müəllimliyi ixtisasının lV tədris ili tələbəsi Mirzəyev Nazim Nazir oğlunun müəllifi olduğu Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş videoçarx nümayiş etdirilib. 2018-ci ildə hazırlanan videoçarxda fakültənin məzunu, 44 günlük müharibənin qazisi Rəsulov Elvin Qubad oğlu Mübariz İbrahimovu canlandırmışdır. 

Tədbirdə fakültənin xor kollektivi bəstəkar Nailə Mirməmmədlinin milli ruhlu əsərlərini ifa etmişlər. 

Tədbir çərçivəsində fakültənin Vətən müharibəsində iştirak etmiş qazi tələbələri Abdinov Cavid Vahid oğlu və İsaqzadə Yusif Yasər oğlu da öz xatirələrini bölüşdülər.

 





02.06.2022    çap et  çap et