525.Az

Hacı Zeynalabdin qəsəbəsində top mərmisi tapılıb - Video


 

Hacı Zeynalabdin qəsəbəsində top mərmisi tapılıb -<b style="color:red"> Video</b>

Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində top mərmisi aşkarlanıb.

Bu barədə 525.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 122mm-lik OF-462 top mərmisi olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

 

 





03.06.2022    çap et  çap et