525.Az

Hikmət Hacıyev Norveç səfiri ilə görüşüb


 

Hikmət Hacıyev Norveç səfiri ilə görüşüb<b style="color:red"></b>

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Norveçin Azərbaycandakı qeyri-rezident səfiri Erlinq Skyonsberqlə görüşüb.

525.az xəbər verir ki, norveçli diplomat bu barədə tviterdə bildirib.

“Fikir mübadiləsinə görə Hikmət Hacıyevə minnətdaram. Norveç sülhün olduğu, firavan Cənubi Qafqazı dəstəkləyir”, - o qeyd edib.

Qeyd edək ki, Norveçin Azərbaycandakı səfirliyi qeyri-rezident əsasda fəaliyyət göstərir.

 





03.06.2022    çap et  çap et