525.Az

Müəllimlərin iş yerinin dəyişdirilməsində 950 nəfər uğur qazanıb


 

Müəllimlərin iş yerinin dəyişdirilməsində 950 nəfər uğur qazanıb<b style="color:red"></b>

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində uğur qazanan namizədlərin sayı açıqlanıb.

Bu barədə 525.az-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən xəbər verilib.

Bildirilib ki, ümumilikdə 950 nəfər müsabiqəni uğurla tamamlayıb.

Onlardan 372-si həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisələrdə 3-5 il, 335-i həmin müəssisələrdə 5 il və daha artıq müddətə çalışanlar, 21-i şəhid ailəsi üzvü olanlar, 55-i hərbçi ailəsi üzvü olan, 495-i isə həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisələrə yerdəyişmə edən namizədlərdir.

 





03.06.2022    çap et  çap et