525.Az

Şəhidin xatirəsinə həsr edilən filmin təqdimatı keçirilib


 

Şəhidin xatirəsinə həsr edilən filmin təqdimatı keçirilib<b style="color:red"></b>

Tərtər Mədəniyyət Mərkəzində Vətən müharibəsinin şəhidi Ruslan Şahbazovun xatirəsini əbədiləşdirmək məqsədi ilə “Şəhid ömrü” filminin təqdimatı keçirilib.

525.az xəbər verir ki, filmin layihə rəhbəri Günel Əliqızı şəhidlərin ruhunu 1 dəqiqəlik sükutla yad edib. Sonra dövlət himni səsləndirilib. Şəhidin atası Mahir Şahbazov filmdə əziyyəti keçən heyətə ailəsi adından minnətdarlığını bildirib. Filmin rejissoru Yavər Ağayev çıxış edərək bundan sonra da şəhidlərin xatirəsinə bunun kimi filmlərin çəkiləcəyini vurğulayıb. 

Şəhid Nicat İsgəndərov, Səid Ədilov, Elməddin Hüseynzadə, Devran Naibov, Asif Abışovun valideynləri dövlətin onlara qayğısından söz açaraq dəmir yumruq ətrafında olduqlarını bir daha vurğulayıb.  Filmin yaradıcılarına uğurlar diləyiblər. Günel Əliqızı bundan sonrada bu cür layihələrin davamlı olacağını vurğulayıb. Sonda məktəblilər şəhidlərə həsr olunmuş kompazisiya səsləndiriblər.

 





03.06.2022    çap et  çap et