525.Az

Azərbaycan və Türkiyə universitetləri arasında Anlaşma Memorandumu imzalanıb


 

Azərbaycan və Türkiyə universitetləri arasında Anlaşma Memorandumu imzalanıb<b style="color:red"></b>

Azərbaycan Texniki Universiteti (AzTU) Türkiyənin aparıcı universitetləri ilə əməkdaşlığı genişləndirir.

AzTU-nun mətbuat xidmətindən 525.az-a bildirilib ki, əməkdaşlıq çərçivəsində Azərbaycan Texniki Universiteti ilə Türkiyənin Bartın Universiteti arasında “Erasmus+” və “Mövlanə” mübadilə proqramları üzrə müqavilə, həmçinin qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənədləri AzTU-nun rektoru Vilayət Vəliyev və Bartın Universitetinin rektoru Orxan Uzun imzalayıblar.

Sonra hər iki rektor universitetlər arasında digər istiqamətlərdə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

 





04.06.2022    çap et  çap et