525.Az

"I ixtisas qrupu üzrə imtahanın nəticələri yaxın 2 həftə ərzində elan olunacaq"


 

"I ixtisas qrupu üzrə imtahanın nəticələri yaxın 2 həftə ərzində elan olunacaq"<b style="color:red"></b>

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün I ixtisas qrupu üzrə bu gün keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavabları açıqlanıb.

Bu barədə 525.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

İmtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib.

Bildirilib ki, imtahan nəticələri yaxın 2 həftə ərzində elan olunacaq.

 





04.06.2022    çap et  çap et