525.Az

Neftyığma məntəqəsində yanğın olub


 

Neftyığma məntəqəsində yanğın olub<b style="color:red"></b> Bakıda neftyığma məntəqəsində yanğın olub.

525.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda neftyığma məntəqəsinə məxsus ümumi sahəsi 120 kv.m. olan çirkab suların neftdən ayrılması kollektorunun taxtadan ibarət tikilisi yanıb.

Yaxınlıqdakı neft yığma məntəqəsi yanğından mühafizə olunub. Yanğın saat 00:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
 





03.06.2014    çap et  çap et