525.Az

Regional Təhsil İdarəsi məktəblilərin qəzaya düşməsinə dair məlumat yayıb


 

Regional Təhsil İdarəsi məktəblilərin qəzaya düşməsinə dair məlumat yayıb<b style="color:red"></b>

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məktəblilərin qəzaya düşməsinə dair məlumat yayıb.

525.az xəbər verir ki, məlumat İdarəni rəsmi “Facebook” səhifəsində yerləşdirilib.

“Samux şəhər 3 nömrəli tam orta məktəbin 16 şagird və 4 müəllimindən ibarət heyətini daşıyan avtobus bu gün Şəki şəhərində qəzaya uğrayıb. Avtobusda olan müəllim və şagirdlər dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Şagirdlərdən birinin isə xəstəxanada müalicəsi davam etdirilir.

Qəza nəticəsində xəsarət almış şagird və müəllimlərə Allahdan şəfa diləyirik” – deyə məlumatda bildirilir.

 





05.06.2022    çap et  çap et