525.Az
Bakıda sanatoriyada yanğın olub
Xəzər rayonunda yerləşən sanatoriyada yanğın olub.
525.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xəzər rayonunda hal-hazırda fəaliyyət göstərməyən üçmərtəbəli sanatoriyanın 3-cü mərtəbəsində 1 otağın tavanı 5 kv.m sahədə yanıb.
Sanatoriyanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
03.06.2014
çap et