525.Az

Goranboyda uşaq bağçası yanıb


 

Goranboyda uşaq bağçası yanıb<b style="color:red"></b> Goranboyda uşaq bağçası yanıb.

525.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Goranboy rayonu, Qızılhacılı qəsəbəsində İcra Hakimiyyətinə məxsus hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 400 kv.m olan birmərtəbəli uşaq bağçasının dəhlizinin tavanı 10 kv.m sahədə yanıb.

Uşaq bağçasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 





03.06.2014    çap et  çap et