525.Az

Bakı Mühəndislik Universitetinin Nizamnaməsi təsdiqlənib


 

Bakı Mühəndislik Universitetinin Nizamnaməsi təsdiqlənib<b style="color:red"></b>

Nazirlər Kabineti Bakı Mühəndislik Universitetinin Nizamnaməsini təsdiq edib.

525.az-ın xəbərinə görə, Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2429 nömrəli Sərəncamı ilə Təhsil Nazirliyinin tabeliyində yaradılıb.

Nizamnaməyə əsasən, Universitet ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, müvafiq səviyyələr üzrə ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan publik hüquqi şəxsdir.

Təhsil Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 





06.06.2022    çap et  çap et