525.Az

Hikmət Hacıyev ABŞ Prezidentinin köməkçisi ilə görüşüb - Foto


 

Hikmət Hacıyev ABŞ Prezidentinin köməkçisi ilə görüşüb - <b style="color:red">Foto</b>

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla görüşüb.

525.az xəbər verir ki, Prezidentin köməkçisi bununla bağlı "Twitter" səhifəsində paylaşım edib.

“Bu gün Ağ Evdə milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla Azərbaycan-ABŞ tərəfdaşlığı və regional məsələlərlə bağlı səmərəli və mehriban söhbətim oldu”, - deyə Hikmət Hacıyev "Twitter" hesabında yazıb.

 

 





07.06.2022    çap et  çap et