525.Az

Raket və artilleriya bölmələrində döyüş atışlı taktiki təlim keçirilib - Video


 

Raket və artilleriya bölmələrində döyüş atışlı taktiki təlim keçirilib -<b style="color:red"> Video</b>

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına uyğun olaraq Quru Qoşunlarının raket və artilleriya bölmələrinin özüyeriyən haubitsa heyətləri ilə döyüş atışlı taktiki təlim keçirilib.

525.az xəbər verir ki, təlimin planına əsasən atəş dəstəyi həyata keçirəcək bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq ehtiyat atəş və start mövqelərini tutublar.

Real döyüş şəraitinə uyğun keçirilən təlimdə şərti düşmən hədəflərinin sərrast atəşlə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib.

 

 





07.06.2022    çap et  çap et