525.Az

Yararsız döyüş sursatlarının növbəti utilizasiyası aparılacaq


 

Yararsız döyüş sursatlarının növbəti utilizasiyası aparılacaq<b style="color:red"></b>

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Bu barədə 525.az-a Müdafiə Nazirliyindən (MN) bildirilib.

Qeyd olunub ki, döyüş sursatlarının utilizasiya prosesi 08.06.2022-ci il tarixdən 11.06.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

 





08.06.2022    çap et  çap et