525.Az

Müdafiə Sənayesi Nazirliyinin poliqonunda hərbi sursat partlayıb


 

Müdafiə Sənayesi Nazirliyinin poliqonunda hərbi sursat partlayıb<b style="color:red"></b>

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Şirvan Araz Zavodu” MMC-nin poliqonunda hərbi sursat partlayıb.

Bu barədə 525.az-a nazirlikdən məlumat verilib.

"Sınaq zamanı 60 mm-lik minaatan partlayıb. Bir nəfər - Almazov Razi əlindən və bud nayihəsindən xəsarət alıb. Şirvan şəhər xəstəxanasından həkimlər həyati qorxusunun olmadığını bildiriblər", - məlumatda qeyd edilib.

 





08.06.2022    çap et  çap et