Ermənistan və Azərbaycanın indi münasibətlərin normallaşması prosesində irəliləyiş imkanı var.
525.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
“Hesab edirəm ki, indi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və münaqişənin sülh yolu ilə həlli istiqamətində irəliləyiş imkanının olduğuna dair həqiqi ümid var”, - deyə o bildirib.
çap et