Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyası Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev BMT Baş Assambleyasının sədri Abdulla Şahidlə görüşüb.
525.az-ın məlumatına görə, görüşdə Azərbaycanın daim çoxtərəfli diplomatiyanı dəstəklədiyi vurğulanıb və Qoşulmama Hərəkatının sədri kimi bu istiqamətdə gördüyü işlər müzakirə edilib.
Xatırladaq ki, BMT-nin protokol qaydalarına əsasən rəsmi görüşlərdə BMT-nin və bu təşkilatın rəhbər vəzifəli nümayəndəsinin təmsil etdiyi dövlətin bayraqları qoyulur.
çap et