İndi dünyada Azərbaycan kimi dinamik, hərəkətdə olan ölkə tapmaq çətindir. Dövlət strukturları saat mexanizmi kimi işləyir, rəsmi qurumların əməkdaşları, ictimai təşkilatların nümayəndələri arı kimi çalışırlar. Görülən işlər, keçirilən tədbirlər o qədər çox, miqyas o qədər genişdir ki, hətta yadda saxlamaq belə çətin olur. Ağılasığmaz, nağıl kimi günlər yaşayırıq. Bu qədər çoxşaxəli, hərtərəfli fəaliyyətin içərisində hansısa xırda qüsurların olması, kiçik nöqsanların üzə çıxması da təbiidir. Əsas olan dövlətin və xalqın yüksələn enerjisi, nəfəs genişliyi, qurub-yaratmaq əzmidir. Bu enerji, bu əzm isə daha əhatəli və qlobal layihələrin həyata keçirilməsinin, daha böyük uğurların əldə olunmasının başlıca zəminidir.
Enerjimiz tükənməsin!
Tanrı dövlətimizi və xalqımızı qorusun!
lll
Laçından, Minkənddən, İstisu bulağından
su gətiriblər. Qazı qaçsa da, dadı damaqda qalır. Dəmir tamı gəlir. Kükürd qoxusu yox, məhz dəmir tamı. Maqnezium, kalsium qarışığı bir tamdır yəqin.
Rəngi yamyaşıl təzətər çəmən, çiçək ətri kimi tərtəmiz və dupdurudur. Çiçək ətri tamında deyil, rəngində, duruluğundadır.
Həsrət və nostaljinin yaratdığı psixoloji sapıntı, poetik xiffət ovqatına yozmayın. Tam realist təsvir və gerçək təəssüratdır.
Su həyatdır. Həm də belə su!
lll
Çin dili və əlifbası qəlizdir, öyrənmək çətin olacaq...
lll
Feysbuk laykları aldadıcı olur. Çox da arxayın olmayın...
lll
Sizcə, Bayden tez gedəcək, ya Putin?
lll
Nailə xanım İslamzadə ilə Xarıbülbül festivalından öncə Cıdır düzündə şəkil çəkdirməyə imkan tapdıq.
Topxananı duman alıb.
İndi yağış da yağacaq.
lll
İçinin xıltını gizləyə bilmək də böyük qabiliyyətdir. Yoxsa bəzilərində xılt fontan vurub ədalət və obyektivliyi tam sıradan çıxarır.
lll
İndi dəyərlər dəyişib. İnsanların bir qismini vərdiş elədiyi, alışdığı dəyərlərin sarsılmasını həzm edə, yenisi ilə barışa, boyun əyə bilmir.
Belə olanda həyat da mənasını itirir. Dəyərləri özünüz üçün qoruyun.
lll
Jurnalist üçün istedad, yaradıcılıq qabiliyyəti çox vacib keyfiyyətlərdir. Təbii ki, sonradan aşılanan keyfiyyətlər - savad, məlumat zənginliyi də zəruridir. Amma yazmaq, müşahidə qabiliyyəti, intuisiya və s... bunlar gendə, fitrətdə olmalıdır. Buna görə də belə düşünürəm ki, jurnalistikada istedad çox vacibdir. Amma indi jurnalistika da dəyişib...
lll
Yaxşı ki dumduru, tərtəmiz, zəhərsiz səhərlər var.
Yaxşı ki hələ var.
lll
Yalnız ad günündə yada düşən adamlar...
lll
Yuxu və çox yatmaq istəyi o dünyanın əl eləməsidir.
lll
Deyir, saat 10-da yağış başlayacaq...
lll
Biri qışqırır, biri qaçır...
lll
Tədbir işin imitasiyasıdır, görüntüdür. Çox zaman da israfçılıq, quş qoymaq və baş qatmaqdır.
lll
İndi Şuşadan başqa hansısa şəhərdən, lap belə Parisdən şəkil paylaşmaq mənasız və maraqsız görünür...
lll
Yaşamağa barmaqarası baxanda sonu peşmançılıq olur. Nazim Hikmət boşuna demirdi ki, böyük bir ciddiyyətlə yaşayacaqsan.
lll
Şakəri sancmaq və zəhərləmək olanlar...
lll
Oxuyan tapılacaqsa, bu qədər çox kitab yazılmasının ziyanı yoxdur.
lll
Nəfəs dərməyə imkan olmayacaq...
lll
Əfsanələrə toxunmaq olmaz...
lll
Teknofest və Kitab Festivalından paralel şəkillər məşhur fiziklər-liriklər müzakirələrini yada salır.
Deyəsən, lirika son dövrlərini yaşayır.
lll
Gözünüz göylərdə olsun...
lll
Əslində, birləşdirməli gündür, amma bölür.
lll
İpəyin sizə sualları var:
- Limon meyvədir, yoxsa tərəvəz?
- Ağaclar danışır, yoxsa yox?
lll
Gün şəkillərə baxanda yada düşür...
lll
Milli Kitabxanada Xalq yazıçısı İlyas Əfəndiyevə həsr olunmuş "İlyas Əfəndiyev. Geriyə baxarkən" fotoalbomunun təqdimat mərasimi keçirildi. Tədbirin sonunda Aqil Abbasa Yazıçılar Birliyinin təsis etdiyi İlyas Əfəndiyev mükafatı təqdim olundu.
lll
Sosial şəbəkə nə gözəl görünür Uşaq günündə!..
Körpə balaların şəkilləri işıq saçır; həmişə belə olsun, kinsiz-küdurətsiz feysbuk!
lll
Zorən primitivlik...
lll
Təəccüblənirsənsə, gəncsən...
lll
Kələ-kötür dillə yazılmış mətni oxumaq əzabı...
lll
Xəbəri eşidəndə, sözün açığı, əvvəlcə mən də təəccübləndim və hətta belə bir münasibət də bildirdim:
"Səhərdən axşama telefon əlimizdən düşmür, baxmadığımız profil, göz atmadığımız sayt yoxdur. Hər dəfə də bir fərqli xəbər, bir istedadlı cümlə sorağında. Yaxşı bəs onda bu bloger-influenserlərdən bizim niyə xəbərimiz yoxdur, onları biz niyə tanımırıq?
Belə çıxır ki, Novruzəliyik?"
Amma sonradan instaqramda Kəlbəcərə gedən bu bloger-influenser xanımların şəkillərini və paylaşımlarını görəndə fikrim dəyişdi: bu ideyanı bəyəndim və haqq qazandırdım.
Bu bloger-influenser xanımların geniş və fərqli izləyici auditoriyası var. Onların Kəlbəcərlə bağlı xəbərləri öz izləyicilərinə çatdırması, möcüzəli məkandan cazibədar şəkillərinin yayılması, məncə, uğurlu təbliğatdır və çox güman ki, diqqəti cəlb edəcək.
İndi içi özüm qarışıq ilkin qınaqların yersiz və tələskənlik olduğu qənaətindəyəm.
lll
Bir var statusu bəyənənlər, bir də var profil - nə yazsa da...
lll
Tutu saplaqlı yemək yeydir, ya saplaqsız?
(Bazar statuslarından)
lll
Lalələrin ömrü qısa olur onsuz da.
lll
Sıxlıq və tıxac - bu günlər ən çox işlədilən sozlərdir...
lll
Tənqidə milçək vızıltısı kimi baxanlar...
lll
Yüngül və mənasız, süni qabardılan gündəm mövzuları...
lll
Ən yaxşısı şəkil paylaşmaqdır: mız qoyan olmur...
lll
Ağız-ağıza verib bilən də, bilməyən də danışır...
lll
Ömrü dünyanın axırıymış kimi yaşamaq...
lll
Adəti tərgidənəcən...
lll
Sadə, sıravi, çarəsiz adamları, bəlkə də, hardasa başa düşmək olar, amma bir də var, millət vəkili trol ola, onun-bunun sifarişini yerinə yetirə; gah jurnalistlərə daş ata, gah müəllimləri ləkələyə - qıpqırmızı yalanlar üyüdüb tökə, qapqara şər-böhtanlar uydura, sifarişçiləri qarşısında da əsim-əsim əsə, tir-tir titrəyə...
lll
Mətbuatda ilk iş yerim "Elm və həyat" jurnalı olub. Ötən əsrin 80-ci illərinin ortalarında "Elm və həyat" çox populyar mətbuat orqanı idi, 110 min tirajla çap olunurdu. Dəyərli insanların çalışdığı redaksiyada xüsusi hörmət bəslədiyim Ülkər xanım Hüseynovadan, Maral xanım Poladovadan həmişə həssaslıq və qayğı görmüşdüm.
Bu gün Ülkər xanımla, Maral xanımla AMEA-da rastlaşdıq. Çox xoş bir görüş oldu. Keçənləri xatırladıq, ötən günləri yada saldıq.
çap et