525.Az

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb


 

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb<b style="color:red"></b>

Sumqayıtda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən 525.az-a verilən xəbərə görə nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 8-ci mikrorayon, A.Quliyev küçəsi ünvanında çoxmərtəbəli yaşayış binasındakı mənzildə yanğın olması barədə məlumat daxil olub.

Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt RM-nin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

 





10.06.2022    çap et  çap et