525.Az

Ağdamda silah-sursat aşkarlanıb


 

Ağdamda silah-sursat aşkarlanıb<b style="color:red"></b>

Nəqliyyatda Baş Polis İdarəsinin Yevlax st. Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində xidməti ərazidə silah-sursat aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 525.az-a verilən xəbərə görə, Yevlax XPŞ-nin əməkdaşları Ağdam rayonu ərazisində Bərdə-Köçərli-Təzəkənd mənzilinin yaxınlığında 1 ədəd “AK-74” markalı avtomat, 137 ədəd “5.45” çaplı patron, 35 ədəd “12.7” çaplı pulemyot patronu və 3 ədəd avtomat darağı aşkar edərək götürüblər.

 

 





11.06.2022    çap et  çap et