525.Az

Mahmud Bəxşinin rəsmləri "YARAT" Müasir İncəsənət Məkanında


 

Mahmud Bəxşinin rəsmləri "YARAT" Müasir İncəsənət Məkanında <b style="color:red"></b>

"YARAT" Müasir İncəsənət Məkanının "YAY!" Qalereyasında İranın konseptual rəssamı Mahmud Bəxşinin "TalkCloud" adlı fərdi sərgisi açılıb. Sərginin kuratoru Londonda yaşayıb-yaradan sənətşünas, incəsənət nəzəriyyəçisi Darya Kirsanovadır.

2012-ci ilin sentyabrında təsis olunan "YAY!" Qalereyası müasir Azərbaycan incəsənətinin yerli beynəlxalq səviyyədə dəstəklənməsi inkişaf etdirilməsi üzrə "YARAT" Müasir İncəsənət Məkanının daha geniş fəaliyyət təşəbbüsünün bir hissəsidir.

Qalereya kommersiya əsaslı olsa da, mənfəət əldə etmək məqsədi daşımır. Burada nümayiş olunan incəsənət əsərlərinin satışından əldə edilən bütün gəlir "YARAT" Müasir İncəsənət Məkanının təşəbbüslərinin dəstəklənməsi rəssamların təminatı üçün istifadə olunur. Rəssam Mahmud Bəxşi öz əsərlərini İran İslam inqilabından (1979-cu il) sonra ölkədə geniş vüsət almış vizual estetika üslubunda yaradır. O, İran İslam Respublikasının rəmzlərini keyfiyyətcə yeni kontekstə salaraq, ölkə tarixində baş vermiş son olaylar haqqında dərindən fikirləşir həmin hadisələri İran mənliyinin mühitinə uyğunlaşdırmaq məqsədilə qədimdən məlum olan tarixi ənənəvi nümunələri nümayiş etdirir.

"Talk Cloud" əsəri daxildən işıqlandırılan heykəlləri, şəkilləri hazırda istehsalda olan videoçarxları birləşdirən fənlərarası layihədir. Bu ilin əvvəlində layihə Tehranın "Niaravan" mədəniyyət mərkəzində Londonun "Narrative Gallery" məkanında nümayiş olunub.

Rəssamın layihəsinin konseptual məğzini incəsənət ilə İranda digər ölkələrdə hökm sürən idarəçilik sistemi arasında mövcud olan çoxməqamlı müxtəlif səviyyəli münasibətlər təşkil edir. Bu münasibətlər Mahmud Bəxşini uzunmüddətli incəsənət araşdırmaları aparmağa sövq edir. Yeni yaradılan əsərdə rəssam "incəsənətdə siyasi iştirakçılıq" adlı kateqoriyanın mənşəyini aşkar etməyə çalışır. Lakin Mahmud Bəxşi sadəcə siyasi hakimiyyətlə kifayətlənmir. O, həmçinin incəsənət ilə hakimiyyət uğrunda mübarizənin əsas iştirakçısı sayılan kapital arasındakı münasibətlərdən bərk narahatdır.

Mahmud Bəxşi 1977-ci ildə Tehranda anadan olub. O, Amsterdamın Vizual İncəsənətin Kral Akademiyasında ixtisasartırma kurslarında oxuyur. Rəssam 2006- ildən etibarən dünyanın çoxsaylı sərgilərində iştirak edir. Onların sırasında "Buludla söhbət" ("Niaravan" mədəniyyət mərkəzi, Tehran, eləcə Londonun "Narrative Gallery" məkanı, 2014), "Gələcəyi xatırlayarkən: inqilabdan sonra İran incəsənəti" ("Bruney" sərgi salonu, Şərqşünaslıq Afrika Tədqiqatları Məktəbi, London Universiteti), "Love Me, Love Me Not: Azərbaycan qonşu ölkələrin müasir incəsənəti" (Bakı, Heydər Əliyev Mərkəzi, 2014, həmçinin 55-ci Venesiya Biennalesi, 2013), "Fəlakət", ("Taddeus Ropak" sərgi salonu, Paris, Panten, 2013), "Dəyişdirilmiş təsəvvür", ("Teyt Modern" sərgi salonu, London, 2012), "Sənəd Forması", (Art Kvandcu Festivalı, 2012) digər məşhur sərgiləri qeyd etmək olar.

"YAY!" Qalereyasında Mahmud Bəxşinin fərdi sərgisi iyulun 30-dək davam edəcəkdir.

S.ABDULLAYEVA

 





03.06.2014    çap et  çap et