525.Az

Yarpaq tökümü və yaxud Düşüncələrim...


 

Yarpaq tökümü və yaxud Düşüncələrim...<b style="color:red"></b>

Çox qəribədir, nəyisə gizlətsəm - tez faş olar, kimdən qaçsam - tez qarşıma çıxar... Əcəba, bu mənim taleyim, alın yazımmı?..

l l

Vəzifə kürsüsü yaxşı şeydir, intəhası, kiminin altında olur, kiminin  üstündə.

l l

Böyük insanların səhvi-böyük ağacların yıxılması kimidir-aşıb ətrafındakıları da əzəcək...

l l

İnsanlar öz millətini, qohumlarını seçir... Bu taledir, seçən Böyük Yaradan!

l l

Boyunu uzadan da, gödəldən Günəşdir; baxır ....hardan çıxıb, hardan batacaq. 

l l

Yanğının ən böyük  namərdliyi - qurunun oduna yaşı da yandırmasıdır.

l l

Arının müqəddəs yaradıcılıq qabiliyyəti - hətta acı tütün çiçəyindən    şirin Bal çəkməyi bacarmasındadır...

l l

Gözəllik şərtidir, qadının əsil yaraşığı gözəlliyi nəfsində nəfəsindədir!

l l

Hamı dünyanın faniliyindən danışır, amma heç kim dəyişmir... Dəyişən ömürdən gedən günlərdir...

l l

Əlini dalına cütləyincə, qabağa uzat, səni çaşmağa yıxılmağa qoymasın!

l l

Otların rəngi yüz cür, insanların rəngi isə min cür...

l l

Niyə çaşıb mat qalmısan?! Alan da göz önündədir, satan da...

l l

Dərd sənin üstünə gələndə əcəba sən edəsən, kimin üstünə gedəsən?..

l l

Görəsən, Böyük Yaradan İnsanlar Talelər arasında fərqi nəyə əsasən müəyyənləşdirir!?

l l

Kiminsə ünvanına həqarət danışırsansa - öz işindir, amma el-oba, yer, torpaq, tayfa barədə cəm halda danışma, yoxsa ziyan çəkərsən.

l l

Hər hansı bir mübarizədə gözünü qırpmadan düşmən üzərinə gedə biləcək İnsan sonda  qalib gələcək Qəhrəmandır!

l l

Bu dünyada pul,  onun gücü hökmü  var: həyatda da, ailədə , cəmiyyətdə ...

l l

Evinə, ailənə daşıya bilmədiyin Dostluq buz üstə sürüşən naşı adamın hər an yıxılmaq qorxusu yaşaması  kimi bir şeydir...

l l

Ehtiyacın öz dili var: sən istəsən , istəməsən , o, danışacaq danışdıracaq, bəzən isə susdurub qızardacaq.

l l

Gözəl qadının yanında gözü qırpıq dovşan tək gəzən kişiyə çox yazığım gəlir, qismətinə acıyıram.

l l

Unutma: cibindəki pulun qəlbindəki qürurun qədər qüvvətli əbədi deyil!

l l

Ölümqabağı-Etiraflar sənin böyüklüyün deyil, böyük səhvlərinin siyahısıdır.

l l

İlanın dil çıxarmağı-Allah bəndəsi qarşısında Bayraq qaldırmasıdır.

l l

Əl qaldırmaq - əlini qaldırmaq: fərqli şeylərdir.

l l

Ehtiyatlı davran, ehtiyatlı yanaş, ehtiyatlı danış -ziyan görməzsən.

l l

Hərənin bir yaxşı cəhəti var: o asılıdır sən necə yanaşırsan necə baxırsan.

l l

İçin çölü, çölün içi - biri   bağlı, biri açıq. Kaş ki, için çölün kimi görünə biləydi...

l l

Yer üzündə qədər rəngarəng, həşərat, canlı, bitki, ot-ələf varsa, -  bir  o qədər müxtəlif fərqli insan var... Bu, dünyanın yaşam tərzidir; biri digərinə qidadır, biri olmayanda o birisi yaşaya bilməz...

l l

Bibim deyərdi ki, bunlar mərdimazar nəsildilər, babalarından bəri üzlərində qarğış damğası var.

l l

Ağlı, mərifəti, savadı, qabiliyyəti, danışığı, davranışı, oturuşu-duruşu - hamısı, hamısı tam  halda düzgün olan İnsan varmı dünyada?..

l l

Sən hikmətə bir bax: alnım açıq, üzüm - niyə alnım, niyə üzüm? Gözüm səndən su içmir - niyə   məhz gözüm? Qəlbim səndən sındı, - niyə qəlbim?! Bu hikməti yazan dünyanın ən böyük filosofu deyilmi?!..

l l

Hamı görür - ancaq hamı müşahidə edə bilmir, hamı fikirləşir, lakin hamı düşünmür...

l l

Döyüşkən mübariz  OĞLUN özü boyda da ürəyi olur tək elə bu ürəklə yaşaya vuruşa bilər.

l l

Sevincin kədərin həddi, qədəri insanın gözlərindən oxunur.

l l

Oturmağı bacarmayan dözümlü ola bilməz.

l l

Sözə - söhbətə, qeybətə-höcətə rəvac verən inanan rəhbər zəif, aciz hərdəmxəyal olar.

l l

Zəif saplağından sallanan Meyvə,  ölümünü dəhə-düş gözləyən İnsan - eyni anları yaşayır...

l l

Hərə bir cür ölür: bəladan, qəzadan, təsadüfdən - bu, sənlik deyil - Yazıdandır .

l l

İnsanın ölüm ayağında can verməsi - ən ağıllı ən ağrılı anlarıdır... Səd heyif ki, gecdir...

l l

Özünə kənardan baxa bilməyən adam həmişə başqasına həsəd aparacaq, gözü başqasında olacaq.

l l

Pis insan, pis həyat pis yoxdur, - ancaq pis münasibət pis baxış var.

l l

Kimsədə gördüyün nöqsanı Allah sənə verə bilər, nöqsan tutub "alver" etməyin yeri yoxdur.

l l

Hər bildiyin hər gördüyün həqiqəti dilə gətirib üzə söyləmək, heç həmişə qəbul olunub hörmət  gətirmir heç sənin həqiqəti sevdiyinə dəlalət etmir.

l l

Ağrı gələndə ağıl da gəlir... Gec gələn ağıl güc gələ bilməz.

l l

Danışanda da, dinləyəndə , hər hansı qərar qəbul edəndə - özünə qulaq asmağı bacarmalısan...

l l

Rənglərin çalarlarını ayırd edə bilməyən  günlərin fərqini bilməz..

l l

Şöhrət-həm düşməndir: ondan  qorunmağı da bacarmalısan.

l l

Dayaz kasad adam mənsəb şöhrət yiyəsi olan kimi çaşıb harınlaşır.

l l

Günəş sübh çağı ağır-ağır əzabla doğulur, qüruba gedəndə isə çox tələsik... Bəlkə dünyanın faniliyinə işarədi bu?!

l l

Yasında kimin ağlamağı, toyunda kimin oynamağı səni qaldırar da, yandırar da..

l l

Külək, güllə, hədəf, paxıllıq həsəd - öndə gedənləri yaxalar.

l l

Göz yaşları - kədər bulağının damcılarıdır...

l l

Dar macalda, əsəbi vaxtlarda səbrli dözümlü olsan, qeybət səhv eləməsən -udan tərəf sƏn olacaqsan - Vaxt Zaman var.

l l

Səni yola  verən zəngləri, süni təbəssümləri başının altındakı daş yastıq kimi  bil -   özünü aldatma...

l l

Özünü şahmat fiquru kimi  "peşka" yerinə qoyan bilməlidir ki, "peşkanın" geriyə yolu, qayıdışı yoxdur potensial qurban olaraq getməlidir.

l l

Çəkilən siqaretin əriyən külü kimi ömrün var - əlindəcə qəfildən qırıla bilər...

l l

İstedadlı dahi insanları dünyaya gətirən MüqƏddƏs Ana - həm böyük Əzabkeşdir - təkcə onu 9 ay bətnində saxlaya bildiyinə görə...

l l

Yenicə dil açıb həyatı anlayan ata-ana, baba-nənə  nəvazişi  görən körpə yazda tumurcuqlayıb çiçək açan ağaclar tək sevincək olur.

l l

Ətrafındakıların təsirinə düşmək - narkotik aludəçiliyi kimi xəstəlikdir, ondan qurtulmaq çətindir...

l l

Borcun öhdəliyi olmur, amma tarixi olur...

l l

Gəlin - münasibətdir, necə yanaşsan, eyni cür baxacaq... hər şey pərdəli olacaq...

l l

Sənin hərəkətlərində nöqsan axtaran düşmənin olmasa da, dostun da deyil!

l l

Qorxudan deyilən yalan da qorxuludur!

l l

Sən doğulanda  Şeytan Xəstəlik sənlə bərabər dünyaya gəlir... Məqamı düşəndə, vaxt yetişəndə boynuna minəcəklər.

l l

Ananın biri dilənir, biri dolanır... Bu, Ananın günahı deyil, Tale Yazısıdır.

l l

Oturub-durub, yeriyə bilirsənmi? Eşidib-görə bilirsənmi? Ağlayıb gülə bilirsənmi? Daha bundan başqa xoşbəxtlik axtarırsan, ay Allah bəndəsi?..   

l l

Yer üzündə qədər insan  varsa, bir o qədər tale var. Görəsən, bir-birinə oxşar iki tale varmı bu dünyada?..

l l

Bir var səhv, bir var xəyanət: səhvi bağışla, xəyanəti isə cəzalandır.

l l

Gözü dolusu yaxud gözü doymadan meyvə gətirən Ağac - elə bil dünyanın gərdişinə qarşıdır,  bəlkə çətin günlərinin tədarükünü görür ya bəlkə afatın, xəstəliyin, küləyin hayına qalır?

l l

Bir yarpağın düşməsi bir insanın ölümü; bir ağacın aşması isə nəslin qırılmasıdır...

l l

Xoruzun banlaması, itin hürməsi, atın kişnəməsi - həm zamanın ritmləridir...

l l

Görəsən, doğulan Uşaqla ölən Qoca arasında qalan dünyanın yaşı neçədir?..

l l

Səni yaşadacaq Ölüm - ən  son  qazancındır!

l l

Vəzifə sabiq ola bilər, təki əqidən sadiq olsun!..

l l

Vəzifə maddi imkan-insanı cavan, şux hökmlü göstərər.

l l

Özün qazanmadığın pulun bərəkəti olar, suyumu urvatı.

l l

Vaxtından əvvəl gülmək - yarınmaq kimi çıxar, düşük, şit görünər...

l l

Məclisdə səni yoran adam nəfəsdən gələn qoxu kimidir, dərhal çevrilib uzaqlaşmaq istəyirsən.

l l

Səni bilmirəm, mən özüm üçün yaşamaq istəmirəm...

l l

Kefiniz kök olanda da, qanınız qara olanda da - məni axtarın, məni, mənim əziz dostlarım!

İmamverdi  İsmayılov

 





03.06.2014    çap et  çap et