525.Az

Vətəndaş cəmiyyəti institutları ekoloji sferada fəaliyyətinin ümumi təhlili


 

Vətəndaş cəmiyyəti institutları ekoloji sferada fəaliyyətinin ümumi təhlili<b style="color:red"></b>

Elməddin Hacılı Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin sədri

 

Son illərdə dünyada ekoloji problemlər ekosistemlərə təhlükə törədən amillərin sayı artıb, insan fəaliyyəti nəticəsində ekosistemlər deqradasiyaya uğrayıb. Bu səbəbdən ekologiyanın qorunub saxlanılması davamlı istifadəsinə dair ciddi tədbirlərin görülməsi tələb olunur. Son illərdə Azərbaycanda ekoloji  problemlər önə çəkilərək bu sahədə xeyli görülüb. Ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Planı, "Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair" Milli Proqram digər dövlət proqramları qəbul edilərək həyata keçirilib. 2010-cu il ölkə başçısı tərəfindən Ekologiya İli elan olunub bu istiqamətdə bir sıra layihələr tədbirlər icra edilib. Qeyd edək ki, bu gün ölkəmizdə  ekoloji problemlərin həlli istiqamətində müvafiq dövlət proqramları çərçivəsində ardıcıl tədbirlər görülür. Təbii ki, respublikamızda ekoloji problemlərin həllində dövlət qurumları ilə yanaşı qeyri-hökumət təşkilatlarının da rolu zəruridir. Xatırladaq ki, QHT sektorunun bu sahədə həyata keçirdiyi layihələr ekoloji problemlərin həlli məsələsində çatışmazlıqları aradan qaldırmaq üçün az rol oynamır.

Ekoloji problemlərin həlli məsələsində QHT-Dövlət əməkdaşlığını qənaətbəxş saymaq olar. Dövlətin ekologiya sahəsində siyasətini həyata keçirən Ekologiya Təbii Sərvətlər Nazirliyi ekoloji problemlərin həllində cəmiyyətin daha geniş iştirakını təmin etmək, eləcə nazirliyin öz vəzifə funksiyaları çərçivəsində həyata keçirdiyi tədbirlər barədə əhalinin məlumatlılığının daha da artırılması məqsədilə müntəzəm olaraq nazirliyin əməkdaşlarının, mütəxəssislərinin QHT-lərlə görüşləri, birgə tədbirləri həyata  keçirilir, fikir mübadiləsi aparılır. Müxtəlif ekoloji problemlərin həlli, bu sahədə qabaqcıl təcrübənin tətbiqi, yeni təkliflərin verilməsi ilə əlaqədar keçirilən müzakirələrdə, ölkəmizdə ətraf mühit sahəsində fəaliyyət göstərən QHT-lərin rəyləri öyrənilir təqdirəlayiq bilindiyi halda istifadə edilir. Müntəzəm olaraq KİV QHT nümayəndələri üçün seminarlar təşkil olunmaqla yanaşı, Nazirlik çərçivəsində keçirilən bütün tədbirlərdə ictimaiyyətin nümayəndələri iştirak edir hər hansı bir ekoloji ətraf mühitlə bağlı məsələ ilə əlaqədar yaradılan komissiyalarda onlar  təmsil olunurlar. Nazirliklə daimi işgüzar əlaqə saxlayan 30-dan artıq QHT nazirliyin tədbirlərinə cəlb edilir, onların təklif sorğuları əsasında görüşlər təşkil olunur. Eyni zamanda Azərbaycan Respublikasının ratifikasiya etdiyi beynəlxalq ekoloji konvensiyalardan irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün işçi qrupları yaradılıb bu qrupların tərkibinə müvafiq QHT-nin nümayəndələri daxil edilib.

Qeyd edək ki, son illərdə Azərbaycanda milli donor institutlarının yaradılması ilə başqa sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli istiqamətində QHT-lərin həyata keçirdiyi tədbirləri daha da sürətləndirmiş bir canlanma yaranmışdır. Bu sahədə milli donor institutlarının maliyyə dəstəyi ilə icra olumuş icra olunmaqda olan QHT layihələrinə nəzər salmaqla bu canlanmanı müşahidə edə bilərik. "Dünya Gəncləri Alyansı" İctimai Birliyi tərəfindən bir neçə il öncə icra edilən "Mənim şəhərim, mənim evim" ekoloji layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənmişdi. Layihə Bakı şəhər əhalisinin küçə yollara, parklara məişət tullantılarının atılmasının qarşısı alınması üçün maarifləndirmə işini həyata keçirməsini nəzərdə tuturdu. Üzərində "Mənim şəhərim, mənim evim" ya "Şəhərimizi təmiz saxlayaq" şüarları yazılmış avtomobil istifadəçiləri üçün daim istifadə etdikləri ətirli asılqanlar, xanımlar üçün əl güzgüləri, kişilər üçün brelokların paylanması, Dənizkənarı bulvarda digər mərkəzi parklarda satılan, kütləvi istehlak olunan tumlar plastik su qablarının üzərinə eyni şüarların yazıldığı stikerlər yapışdırılması maraqlı addımlar idi.

Digər bir layihə isə "Hüquqşünas Qadınlar Assosiasiyası" İctimai Birliyi tərəfindən Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənc nəslin ekologiya hüququ sahəsində maarifləndirilməsi" adlı layihə olmuşdur. Layihə çərçivəsində Bakı, Sumqayıt Gəncə şəhərlərində treninqlərin keçirilmiş ekologiya hüququna dair məlumat kitabçası nəşr edilmişdir. Eyni zamnda layihə çərçivəsində Bakı şəhərində "Əhalinin ekoloji hüquqları onun müdafiəsi mexanizmləri" adlı bir günlük treninq keçirilmişdir. Treninqdə əhalinin ekoloji hüquqları barədə iştirakçılara ətraflı məlumat verilmiş, ekoloji hüquqların müdafiə mexanizmləri barədə iştirakçılarla interaktiv məşğələ keçirilmişdir. Başqa bir layihə Lənkəran şəhərində "Vətəndaş Cəmiyyəti Debat" İctimai Birliyi, ATƏT-in Bakı ofisi, Azərbaycan Respublikası Gənclər İdman Nazirliyi, Azərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyi, İDEA beynəlxalq kampaniyası, "Təmiz Şəhər" ASC tərəfindən həyata keçirilib. Layihənin birinci hissəsində "Green Corps. Summer School" keçirilib. İkinci hissəsində isə gənclər tərəfindən təqdim edilmiş aksiyaların icrası gerçəkləşib. Layihə bilik, bacarıqların artırılması şəbəkələndirmə, maarifləndirmə, öyrənilmiş dərslərin planlaşdırılması tipində olmuşdur. Bundan əlavə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Yaddaş" Maarifçi Gənclər İctimai Birliyi "Ətraf mühit təhlükəsizlik: Ekoloji maarifləndirmə proqramı" adlı layihəni icra edib. Layihənin məqsədi gənclərdə ətraf mühitə ziyan vurmadan təbii ehtiyatlardan səmərəli istifadə ilə bağlı bilik bacarıqlar, davranış vərdişləri formalaşdırmaqdır. Ötən dövrdə eyni zamanda Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Potensial" Sumqayıt Mütəxəssisləri Birliyi tərəfindən "Sumqayıt şəhəri ətraf qəsəbələrdə sanitariya ekoloji mədəniyyətin yüksəldilməsinə xidmət edən maarifləndirmə tədbirlərinin təşkili", Ekoloji Maarifçilk Monitorinq İctimai Birliyi tərəfindən "Azərbaycanda cari ekoloji çağırışlarla bağlı debatların keçirilməsi", "Biosfer" İctimai Birliyi tərəfindən "Ekoloji tədrisin keyfiyyətinin artırılmasına yardım" kimi layihələr həyata keçirilib.

Aparılan araşdırma müşahidələri, bir sıra ekspert QHT rəhbərlərinin fikirlərini ümumiləşdirsək bu gün Azərbaycanda ekologiya sahəsində fəaliyyət göstərən layihə həyata keçirən QHT-lərin qarşısında duran əsas vəzifələri aşağıdakı şəkildə qruplaşdırmaq olar:

l Ölkə vətəndaşlarının diqqətini  daim ekoloji problemlərin həllinə yönləndirmək;

l Fəal vətəndaşları ekoloji problemlərin həlli üzrə könüllülük hərəkatına qoşmaq;

l Vətəndaşların ekoloji problemlərə aid birgə layihələrin icrasına kömək etmək;

l Əhaliyə QHT - lər tərəfindən  Azərbaycanda külək,  Günəş enerjisindən, biokütlədən istifadənin səmərəliliyi haqqında məlumatlar aşılanmalı bu istiqamətdə maarifləndirmə işləri gücləndirilməli;

l Yaşıllıqların salınması istiqamətində respublikada böyük işlər görülməsinə baxmayaraq onların bu prosesi həyata keçirmək mexanizminə düzgün riayət edilmir. Məhz bu istiqamətdə ekoloji təşkilatlar monitoriqlər aparmalı, mütəmadi olaraq aidiyyatı qurumlarla əməkdaşlıq etməli;

l Bu gün QHT sektoru çimərliklərin durumu ilə bağlı monitorinq aparıb problemləri qabartmaqla  həllinə yardımçı olmalı;

l Satılan qidaların keyfiyyəti ilə bağlı, onların sertifikatının tələb olunması üçün hüquqi biliklərin artırılması, maarifləndirmə istiqamətində fəaliyyətlərin təşkil olunması;

l Ekoloji cinayətkarlıqla əlaqəli Dağlıq Qarabağ müharibəsi zamanı Azərbaycan  təbiətinə dəyən zərərin ekoloji qiymətləndirilməsi daim QHT-lərin gündəmində olmalı s.

Sonda qeyd edək ki, ekoloji problemlər ən mühüm qlobal problem olduğundan onun həlli, Azərbaycan da daxil olmaqla, dünya birliyi ölkələrinin birgə fəal səyi nəticəsində mümkündür.

 





03.06.2014    çap et  çap et