525.Az

Ukraynada 300-dən çox terrorçu məhv edilib


 

Ukraynada 300-dən çox terrorçu məhv edilib<b style="color:red"></b>

Ukraynanın Donetsk vilayətində bu gün həyata keçirilən antiterror əməliyyatlarında 300-dən çox terrorçu məhv edilib.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bunu antiterror əməliyyatının sözçüsü Vladislav Seleznyov açıqlayıb.

O, Slavyansk şəhəri yaxınlığındakı Krasnıy Liman və Semyonovka yaşayış məntəqələrində antiterror əməliyyatının aktiv fazasının keçirildiyini söyləyib: “Silahlıların qüvvələri əriyir. İlkin məlumat var ki, bu gün 300-dən çox silahlı məhv edilib”.

V. Seleznyov hazırda döyüşlərin davam etdiyini bildirib. O, adı çəkilən yaşayış məntəqələrinin, eləcə də Slavyansk və Karamatorsk şəhərlərinin sakinlərinə küçəyə çıxmamağı tövsiyə etdiklərini vurğulayıb.

 





03.06.2014    çap et  çap et