Yolçun un kələyi
Yolçu qonşuluqda yaşayan ailəvi dostluq etdiyi Mərcan xanımın ailəsi ilə bu yayı Kislovodskda keçirmək barədə qərara gəlirlər. Yolçu arvadı Suğraya deyir ki, hazırlıq gör, qonşumuz Mərcangillə bu yayı birlikdə Kislovodskda keçirək. Suğra yay pal-paltarlarını səliqə-sahmana salır. Yay istirahəti üçün lazım olan əşyaları toplayıb bəzilərini çamadanlara, bəzilərini əl çantalarına yığmağa başlayır. Qonşusu Mərcan xanıma deyir ki, bilirsən də, bu yayı sizinlə birlikdə ailəvi şəkildə Kislovodskda keçirəcəyik. Mən artıq yol tədarükünü görməyə başlamışam.
Ertəsi gün Mərcan da Suğraya telefonla xəbər verir ki, biz də evdə qərara gəldik ki, Kislovodskda istirahət edək. Söhbətdən bir neçə gün keçmiş Yolçu çoxdan razılığını ala bilmədiyi, həmişə həsrətində olduğu Nazlı xanımın çətinliklə razılığını alıb yay istirahətini Kislovodskda keçirməyi qət edir. Nazlının razılığını aldıqdan dərhal sonra sevincək Bakı-Kislovodsk qatarına bilet sifariş edir. Bu məqsədlə vağzala gedir. Vağzalda Moskvaya gedən şəxslərdən birinə yaxınlaşıb ona pul verir, Moskvaya çatan kimi Suğranın adına bu məzmunlu "Doexal. Bloqa poluçenie. Çeluyu tebya, tvoy Yolçu" teleqramma göndərməyi xahiş edir.
Yolçu çox məmnun halda evə gəlib arvadına bildirir ki, biz yəqin bu yay Kislovodska gedəsi olmayacağıq. Çünki məni bir aylığına Moskvaya kursa çağırırlar. Suğra çoxdan hazırlıq gördüyünə peşman olur. Bildirir ki, ay Yolçu, mən sənə dəfələrlə demişəm ki, bizə əvvəldən niyyət etmək düşmür. Sınamışam, bir işi görməyə niyyət edirəm, amma baş tutmur. Özümə söz vermişəm, bundan sonra hara gedəcəyimi əvvəlcədən niyyət etməyəcəm. Yolçu arvadının narazılığını hiss edib bildirir ki, bəlkə elə bu yaxşıdır. Görünür, bundan xeyirlisi yoxdur. Allah bilən məsləhətdir. Qadın Yolçu ilə razılaşmalı olur.
Yolçu öz işini görməyə başlayır. Bərbərin yanına gedib saçına əl gəzdirir, bığını qırxdırır, özünə yayda geyinmək üçün ağ rəngli pal-paltar alır. Nazlı xanımla qatarla Kislovodska yola düşür. İstirahət etdikləri iki-üç gün idi ki, arxayın şəkildə Kislovodskda gəzib istirahət edirdilər.
Bir gün Yolçu Nazlı xanımla "Xrom vozdıx" restaranından çıxıb parkda qol-qola gəzərkən qonşusu Mərcan xanımla qabaqlaşır. Yolçu ondan kənara çəkilmək üçün yollar axtarır. Mərcandan kənarlaşmağa başlayır. Mərcan isə əksinə, tez ona yaxınlaşıb, "Yolçu qardaş" deyə müraciət edir. Yolçu özünü itirmədən çox böyük təəccüblə Mərcana baxır. Dərhal bildirir ki, siz kiminləsə məni səhv salırsınız. O, Yolçudan əl çəkmir, təkrar ona yaxınlaşıb siz bizim qonşumuz Suğra xanımın əri Yolçu qardaş deyilsiniz?
Yolçu:
- Bağışlayın xanım, təkrar edirəm, siz məni kiminləsə səhv salırsınız. Əl çəkin məndən, qoyun normal istirahətimizi edək, - deyib Nazlı xanımın qoluna girib parkı gəzməyə davam edir.
Mərcan xanım bir də yaxınlaşır:
- Siz mənim qonşum Yolçu qardaşa çox oxşayırsız, sizdən üzr istəyirəm, bağışlayın.
Axşam Mərcan xanım Bakıya, Suğraya zəng edib başına gələnləri ona danışır:
- Ay qız, deməzsənmi biabır oldum. Parkda bir kişi qol-qola bir cavan xanımla gəzərkən yaxınlaşıb Yolçu qardaş deyə ondan yapışdım. O da mənə hirsləndi ki, xanım, siz məni kiminləsə səhv salırsınız. Ondan üzr istəyib kor peşman aralandım.
Suğra bildirir ki, sən nə danışırsan, Yolçu Moskvadadır, ordan mənə teleqramma da vurub. O, kursda təhsil alır. O, heç vaxt mənsiz istirahətə getməz, sən kiminləsə onu səhv salmısan.
Mərcan telefonun dəstəyini yerə qoyduqdan sonra peşman halda öz-özünə deyir: insan insana nə qədər oxşayarmış.
Müdirin yanında müşavirədir
Çox hörmətli təşkilatlardan birinin rəhbəri ilə telefon əlaqəsi saxlamaq mümkün olmadığına görə onun iş yerinə gedib çox sadə bir məsələni həll etmək istədim.
Əvvəllər təşkilatın qarşısında heç vaxt polis dayanmazdı.
Təşkilatın giriş qapısına çatanda gördüm qapıda polis postu var. Bu, mənə çox təəccüblü göründü. Əhaliyə xidmət edən bir təşkilatın qarşısında polis nə üçün durmalıdır.
Qapıya yaxınlaşanda polis nəfəri məndən soruşdu:
- Hara, kimin yanına və nə üçün getmək istəyirsiniz?
Bildirdim ki, müdirlə xırda bir məsələni həll etməliyəm. Polis soruşdu ki, nə üçün gəlmisinizsə, bunu bilməliyəm. Bildirdim ki, məsələni sizinlə yox, müdirlə həll etməliyəm.
Bundan sonra polis bildirdi ki, sizi binaya buraxa bilmərəm. Mən gördüm, polis öz səlahiyyətini bilmir, onun qadağasına baxmayaraq, dəhlizlə müdirin otağına getməyə başladım.
Polis arxamca: "Ay yoldaş, olmaz, ay ağsaqqal, icazəsiz getmək olmaz". Mən getməyə davam etdim. O, arxamca: "Ay müəllim, olmaz" - deyə-deyə gəlib qəbul otağına birlikdə çatdıq.
Qəbul otağında bir nəfər oğlan kompüterlə oyun oynayırdı. Polis məni qabaqlayıb oğlana bildirdi ki, müəllim mənim sözümə əhəmiyyət verməyib binaya daxil olub müdirlə görüşmək istəyir.
Oğlan dərhal bildirdi ki, müdirin yanında müşavirədir, onun vaxtı yoxdur kimsəni qəbul etsin, başqa vaxt gələrsiniz. Mən əlimi müdirin iş otağının dəstəyinə əl atıb qapını açıb içəri daxil oldum.
Polis və qəbulda olan oğlan da m
ənimlə birlikdə müdirin otağına daxil oldular.
Müdir bir nəfər çoxdan tanıdığım şəxslə çay içirdi. Müdir dərhal ayağa qalxıb gəlişimin səbəbini soruşdu. Mən müdiri narahat etdiyimə görə üzr istəyib otağı tərk etdim.
Səhəri gün müdir bir nəfər minnətçi ilə mənim iş yerimə gəlib polis postunun bərpa edilməsini xahiş edirdi...
çap et