525.Az

FİFA prezidenti "Qarabağ"ı təbrik etdi


 

FİFA prezidenti "Qarabağ"ı təbrik etdi<b style="color:red"></b>

FİFA-nın prezidenti Yozef Blatter AFFA-nın prezidenti Rövnəq Abdullayevə  məktub ünvanlayıb.

525.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə,  ali futbol qurumunun rəhbəri "Qarabağ" klubunu Azərbaycan Premyer Liqasının 2013/2014-cü il mövsümünün qalibi olması, UEFA Çempionlar Liqasına vəsiqə qazanması, gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik edib.

Blatter həmçinin, komandamıza Çempionlar Liqasında  uğurlar arzulayıb.

 





03.06.2014    çap et  çap et