525.Az

Tramp həbs təhlükəsi ilə üz-üzə


 

Tramp həbs təhlükəsi ilə üz-üzə<b style="color:red"></b>

ABŞ-da son prezident seçkilərindən sonra Donald Tramp tərəfdarlarının Konqressin binasına hücumunu araşdıran xüsusi komissiyanın dinləmələrində keçmiş prezidentin Kapitoliyə basqında rolunun olduğunu təsdiqləyən məqamlar üzə çıxıb.

Çox maraqlıdır ki, Tramp hətta özünün vitse-prezidenti Mayk Pensinə qarşı kütlənin hücumunu dəstəkləyib. Nümayəndələr Palatasının Xüsusi Komissiyasının sədr müavini, Respublikaçı Liz Çeyni ötən həftə keçirilən dinləmələrdə Trampın "Mayk Pensi asın" ifadəsini dəstəklədiyini ifadə edib. İğtişaşçıların vitse-prezidentin asılmasını tələb etdiyini öyrənəndə Tramp belə deyib: "Bəlkə də tərəfdarlarımızda doğru fikr yaranıb, Mayk Pens bunu haqq edir". Təkcə bu fakt keçmiş prezidentin həbsi üçün yetərli ola bilər.

Konqresdə səslənən bu fikir keçmiş prezident üçün təhlükə yaratdığı kimi, Respubikaçılar partiyası üçün də mənfi siyasi nəticələr doğura bilər. Çünki Trampın əleyhinə yönələn fikirləri səsləndirən Liz Çeyni Respublikaçılar partiyasının Nümayəndələr Palatasındakı liderlərindən biridir. Kiçik Corc Buşun prezidentliyi zamanı, 2001-2009-cu illərdə vitse-prezident olmuş Dik Çeyninin qızı olan Liz Çeyni Trampa qarşı impiçmenti dəstəkləmişdi. O zaman xanım Liz Çeyni Trampın hərəkətinin ABŞ tarixində prezident tərəfindən törədilən ən böyük xəyanət olduğunu bəyan etmişdi. İndi isə Konqresdə aparılan müzakirədə xanım Liz Çeyni Trampın iğtişaşları dəstəklədiyini sübut edən fikirlər səsləndirməklə keçmiş prezidentə qarşı hüquqi araşdırmanın yolunu açdı. Bütövlükdə Konqresin komissiyası Donald Trampı dövlət çevrilişinə cəhddə ittiham edir. Vaşinqtonun siyasi dairələrində Baş prokuror Merrik Qarlandın Konqresin komissiyasının üzə çıxardığı faktlara göz yummayacağı ilə bağlı fikirlər səslənir. Artıq ABŞ siyasi elitasında Trampın həbsinin mümkünlüyü müzakirə olunur. Çox böyük ehtimalla,  Donald Trampla bağlı hüquqi addımlar sentyabr ayında, Konqresə seçkilər ərəfəsində atılacaq.

Keçmiş prezidentə başqa bir ittiham da Konqressin Nümayəndələr Palatasında Donald Trampın administrasiyası üzvlərinin xarici ölkələrin nümayəndələrindən aldıqları qiymətli hədiyyələrin gizlədilməsi ilə bağlı irəli sürülə bilər. Bununla bağlı araşdırmanın başladığı isə Nümayəndələr Palatasının Nəzarət və Hökumət İslahatı Komitəsinin saytında dərc edilmiş məlumatda yer alıb. Məlumatda deyilir ki, ABŞ Dövlət Departamentinin nümayəndələri keçmiş prezident administrasiyasının əməkdaşlarının dövlət başçısının səlahiyyətlərinin icrasının son ilində xarici ölkə rəsmilərindən aldığı hədiyyələrlə bağlı məlumatları təqdim etməməyə üstünlük veriblər.

Bu səbəbdən Nümayəndələr Palatasının üzvləri "xarici hökumətlərin prezident Trampa mümkün qeyri-qanuni təsirindən" şübhələnməyə başlayıblar. Onlar hesab edirlər ki, bu hal ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasətdəki maraqlarına xələl gətirə bilər.

ABŞ qanunlarına görə, ölkə rəsmiləri yalnız administrasiya adından xarici hökumətlərdən hədiyyə ala bilər. Hədiyyənin dəyəri 415 dollardan çox olarsa, administrasiya rəsmiləri onu ABŞ hökumətinin mülkiyyətinə keçirməli və hədiyyələrin alınmasına dair qeydlər ABŞ Dövlət Departamentinə təqdim edilməlidir.

Aprel ayında Dövlət Departamenti rəsmiləri Tramp administrasiyasının xarici nümayəndələrdən aldığı hədiyyələrin tam siyahısını tərtib edə bilmədiyini bildiriblər. Xarici dövlətlərin nümayəndələrindən hədiyyə alan məmurların kimliyini öyrənmək mümkün olmayıb və qiymətli əşyaları məmurlara konkret olaraq kimin təhvil verməsi barədə məlumata rast gəlinməyib. Bütün bunlar Trampa qarşı iddiaların irəli sürülməsi üçün yetərli ola bilər.

Donald Tramp Kapitoliyə hücumu araş

dıran Nümayəndələr Palatasının Xüsusi Komissiyasını onun 2024-cü ildə keçiriləcək növbəti seçkilərdə iştirakına mane olmaqda ittiham edib. "Bu, sadəcə olaraq, həm Respublikaçılar, həm də Demokratlar arasında keçirilən bütün sorğularda böyük fərqlə öndə olan bir adamın yenidən prezidentliyə namizədliyini irəli sürməsinə mane olmaq cəhdidir".

Keçmiş prezidentin özünü müdafiə cəhdlərinə baxmayaraq, Nümayəndələr Palatasının Xüsusi Komissiyasının araşdırması zamanı üzə çıxan məlumatlar Donald Tramp üçün ciddi problemlər yarana bilər.

 





15.06.2022    çap et  çap et