525.Az

BMT Baş Assambleyasının sədri Azərbaycana səfərini olduqca məhsuldar adlandırıb


 

BMT Baş Assambleyasının sədri Azərbaycana səfərini olduqca məhsuldar adlandırıb<b style="color:red"></b>

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdulla Şahid Azərbaycana səfərini olduqca məhsuldar adlandırıb.

525.az-ın xəbərinə görə, Abdulla Şahid bu barədə tviter hesabında yazıb.

“Olduqca məhsuldar səfərdən sonra Bakıdan ayrılırıq”, - A.Şahid qeyd edib.

Baş Assambleyasının 76-cı sessiyasının sədri lütfkar dəvətə və səxavətli qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə, eləcə də xarici işlər naziri Ceyhun Bayramova və XİN rəhbərinin müavini Elnur Məmmədova, habelə beynəlxalq təşkilatın Azərbaycandakı nümayəndəliyinə təşəkkür edib.

 





15.06.2022    çap et  çap et