525.Az

Azərbaycan Prezidenti Salome Zurabişvili ilə görüşüb - Yenilənib


 

Azərbaycan Prezidenti Salome Zurabişvili ilə görüşüb - <b style="color:red"> Yenilənib</b>

İyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti xanım Salome Zurabişvili ilə görüşüb.

525.az xəbər verir ki, görüşdə Prezident Salome Zurabişvili IX Qlobal Bakı Forumunun uğurla keçirilməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Söhbət zamanı regional əməkdaşlıq və ikitərəfli gündəlikdə duran məsələlər barədə fikir mübadiləsi aparıldı. Həmçinin nəqliyyat, enerji məsələlərinə toxunulub, tranzit sahəsində yeni imkanların yaradıldığı qeyd edilib.

***

İyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti xanım Salome Zurabişvili ilə görüşüb.

525.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 





16.06.2022    çap et  çap et