525.Az

Ramiz Quliyevin 75 yaşı Kanadada konsertlərlə qeyd edilib


 

Ramiz Quliyevin 75 yaşı  Kanadada konsertlərlə qeyd edilib<b style="color:red"></b>

Kanadanın Vankuver şəhərində 9-12 iyunda keçirilən XXI "Global Soundscapes" Beynəlxalq Musiqi Festivalında görkəmli tarzən, professor Ramiz Quliyevin iştirakı ilə silsilə konsertlər olub. 11 iyunda Vankuverin "Cultch"  Historical Theatre zalında gerçəkləşən konsertdə tarzənin 75 illik yubileyinə həsr olunmuş Kəsərin - anada bəstəkarı Farşid Samandarinin yazdığı "Tar və orkestr üçün konsertin" premyerası böyük əks-səda yaradıb.

F. Samandarinin yeni tar konsertində qujenq, santur, ahu, mandolin, kamança, key suona ilə bərabər Avropa simli və zərb musiqi alətləri də yer alıb. Əsərin ilk ifasında İnter-Cultural Dünya orkestrini  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri Əyyub Quliyev idarə edib. Dünya musiqi mədəniyyətinin birliyini təcəssüm etdirən əsərin ifası kanadalı dinləyicilər tərərindən ayaqüstü alqışlarla qarşılanıb.

Növbəti gün - 12 iyunda Vankuver Tarixi Teatrında professor Ramiz Quliyevin solo konserti və festivalın bağlanış mərasimi baş tutub. Məşhur Kanada pianoçusu Maykl Krebber və zərb ifaçısı Bijan Rahmaninin müşayiətilə gerçəkləşən konsertə biletlər bir neçə həftə öncədən satılıb. Əsasən, Azərbaycan milli musiqisi - muğamlar və bəstəkar nümunələrindən ibarət olan proqramda Qəmbər Hüseynli, Cahangir Cahangirov, Tofiq Quliyev, M. Adil-Gəray, Vasif Adıgözəlov, Sərdar Fərəcov, Həsən Rzayevin əsərləri sürəkli alqışlarla qarşılanıb. Konsertdən öncə çıxış edən festivalın bədii rəhbəri tanınmış bəstəkar Mark Armanini görkəmli tarzənin yaradıcılığı haqda qısa məlumat verib və onu 75 illik yubileyi münasibətilə festivalın rəhbərliyi adından təbrik edib.

 

 





17.06.2022    çap et  çap et