525.Az

İlon Mask və onun qorxunc Mars planları - El ROMAN yazır


 

İlon Mask və onun qorxunc Mars planları - <b style="color:red"> El ROMAN yazır</b>

İlon Mask. Şübhəsiz, ağıllı adamdır. Amma bir o qədər də çılğın düşüncələrə sahibdir - Marsa nüvə raketləri göndərəcək qədər çılğın. Həyat hekayəsini oxusanız, onun ən böyük məqsədinin Mars və ora köç etmək olduğunu görəcəksiniz.

İlon Mask hələ uşaq yaşlarından kosmosa maraq göstərirdi. Əvvəlcə diqqətini Ay çəkmişdi. 1969-cu ildə Aya eniş və orada çəkilmiş görüntülər onu heyran edir və bir müsahibəsində deyir ki, insanlığın Aya enişi indiyə qədərki ən möhtəşəm hadisədir. Amma Ayın arxasında gizlənən o qızılı planet həmişə onun marağını çəkir. Böyüyəndə başqa işlər görsə də, ağlının bir kənarında kosmosla bağlı xəyallar qurmağa davam edir.

Zaman keçdikcə Marsla bağlı araşdırmalara başlayır. Və bu nəticəyə gəlir ki, əgər uyğun şərtlər təmin edilsə, Marsda yaşamaq mümkündür. Bu xəyalı üçün "SpaceX" şirkətini quran İlon Mask, nəhayət, Marsa bir qurğu endirməyi bacarır və xəyalına hər keçən gün bir addım da yaxınlaşmağa davam edir.

İlon Maskın Marsa getmək istəyinin səbəbi, əslində, çox sadədir. Qiyamət öncəsi baş verməsi gözlənilən nüvə müharibəsi və insanlığın yox olmasından əmin olma səbəbi onu vadar edir ki, bu işin arxasınca getsin. İlon Maskın sözlərinə görə, insanlığı təhdid edən iqlim problemi, pandemiyalar və müharibələrlə bağlı riskləri azaltmağın ən vacib yolu insanlığı çoxplanetli vəziyyətə gətirməkdir.

Bəs niyə məhz Mars?

Yupiter, Saturn, Uran, Neptun kimi planetlər qazdan ibarətdir və Günəşə uzaq olduqlarına görə xeyli soyuqdur. Merkuri və Venera isə əksinə, Günəşə çox yaxındır. Mars bu mənada yaşanılması mümkün olan tək planetdir. Amma Marsda həqiqətən də yaşamaq mümkündürmü? Marsdakı şərait nə qədər uyğun olsa da, planetdəki temperatur səviyyəsi - 60 dərəcə həddindədir. Yəni Marsa gedən hər kəs oranın qütblərdəkindən daha soyuq olacağını gözə alıb getməlidir. Bu nöqtədə İlon Maskın qorxunc bir planı var. Bir proqramda aparıcının Marsla bağlı verdiyi suala cavabında deyir ki: "Marsı dünya kimi bir planetə çevirə bilərik. Bu, həmin planeti isidərək mümkün olar. Bunun bir sürətli, bir də yavaş yolu var. Sürətli yolu ondan ibarətdir ki, planetin qütblərinə termonüvə raketləri göndərmək və lazımi temperaturu bu yolla əldə etmək". İlon Maskın etmək istədiyi şey, tam olaraq, "Terraforming" adlanır. Mənası "dünyalaşdırmaq, dünyaya bənzətmək"dir və Mask Mars üçün bu planı düşünür.

İlon Maska görə, hazırda insanlıq üçün ən böyük təhlükə məhz insanların özlərinin yaratdığı süni intellektdir. Bu mövzuda İlona mən də qatılıram. Süni intellekt robotları gün keçdikcə insanların yerinə keçir. Robotlar bir tərəfdən həyatı asanlaşdırır, digər tərəfdən də bizim yerimizə keçərək bizdən biri olur. Bu hadisə də zaman-zaman robotlarla insanlar arasında baş verəcək savaşa gətirib çıxara bilər: süni intellektli robotlarla insanların müharibəsi. Məncə, bu, çox böyük bir təhdiddir və gələcəkdə baş vermə ehtimalı çox yüksəkdir. Dediyimiz kimi, İlon Maskın çılğın Mars teoremi üçün onlarca problem var. İlon bir dəfə də bir canlı yayımda Marsa gedən ilk insanların böyük ehtimalla öləcəklərini demişdi. Mars və orada yaşamaq xəyalı hələ ki, sadəcə xəyal olaraq qalır. Amma görünən budur ki, İlon Mask bu xəyalını gerçəkləşdirmək üçün qorxunc addımlar atacaq. Elə bir müsahibəsində də dediyi kimi, "mən qorxunc super qəhrəmanam və sonunu düşünən qəhrəman olmaz".

 





17.06.2022    çap et  çap et