525.Az

Ukraynada əməliyyat zamanı 42 hərbçi həlak olub


 

Ukraynada əməliyyat zamanı 42 hərbçi həlak olub<b style="color:red"></b>

Ukraynanın şərqində keçirilən antiterror əməliyyatı zamanı Silahlı Qüvvələrin 42 hərbçisi həlak olub.

APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, bu barədə Brüsseldə Ukrayna müdafiə nazirinin səlahiyyətlərini icra edən Mixail Koval NATO-dakı həmkarları ilə görüşü zamanı bildirib. 
 
Koval keçirilən əməliyyatı kifayət qədər uğurlu olduğunu qeyd edib, lakin onun nə vaxtadək davam edəcəyini açıqlamayıb. O qeyd edib ki, Ukrayna ordusu dinc əhali arasında itkilərin olmamasına çalışır. Koval dinc əhali arasında ölənlərin sayı barədə onda dəqiq məlumatın olmadığını bildirib.  

 





04.06.2014    çap et  çap et