525.Az

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub


 

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub<b style="color:red"></b>

İyunun 17-si gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun dövlət sərhədinin Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən 525.az-a verilən xəbərə görə, Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

 





17.06.2022    çap et  çap et