525.Az

Ukrayna Rusiya ilə sərhəddi gücləndirib


 

Ukrayna Rusiya ilə sərhəddi gücləndirib<b style="color:red"></b>

 Ukrayna Dövlət Sərhəd Xidməti Ukrayna-Rusiya sərhədini gücləndirib.

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə qurumun  rəisi Nikolay Litvin bildirib.  
 
“Biz sərhədin müdafiəsini təmin etmək üçün səyyar qrupların işini təşkil etdik. Bundan başqa, şəxsi heyət “BTR” və ağır atıcı silahlarla təchiz olunub. Həmçinin bütün nəzarət-buraxılış məntəqələrin müdafiəsi gücləndirilib”, deyə o bildirib. 
 
Litvin qeyd edib ki, məsələnin həlli çərçivəsində sərhədçilərin bir hissəsi ölkənin qərbindən şərq hissəsinə köçürülüb.

 





04.06.2014    çap et  çap et