525.Az

Azərbaycan-Paraqvay parlamentlərarası işçi qrupuna yeni sədr seçilib


 

Azərbaycan-Paraqvay parlamentlərarası işçi qrupuna yeni sədr seçilib<b style="color:red"></b>

Azərbaycan-Paraqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbər təyin edilib.

525.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında bir oxunuşda qəbul edilən “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə” qərarda əksini tapıb.

Qərara əsasən, Hikmət Babaoğlu Azərbaycan-Paraqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbər təyin edilib.

 





17.06.2022    çap et  çap et