525.Az

Azərbaycana yaxın günlərdə meymunçiçəyi ilə bağlı testlər gətiriləcək


 

Azərbaycana yaxın günlərdə meymunçiçəyi ilə bağlı testlər gətiriləcək<b style="color:red"></b>

“Azərbaycana meymunçiçəyi ilə bağlı testlər və dərmanlar gətiriləcək”.

525.az xəbər verir ki, bunu açıqlamasında səhiyyə naziri Teymur Musayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan səhiyyəsi istənilən epidemik və pandemik çağırışlara cavab verməyə hazırdır: “Meymunçiçəyi ilə əlaqədar bütün lazımi qabaqlayıcı tədbirlər görülüb. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ölkəmizə bu günlərdə testlər gətiriləcək. Eyni zamanda meymunçiçəyinin müalicəsi üçün lazım olan və qeydiyyatdan keçmiş bütün dərman preparatları çox qısa müddətdə ölkəmizə gətiriləcək”.

 





17.06.2022    çap et  çap et