525.Az

Şəhidim...


 

Şəhidim...<b style="color:red"></b>

Mən Əhədzadə Gülsüm şəhid mayor İlkin Əhədzadənin 12 illik həyat yoldaşı oldum. Bu 12 ildə necə çətinliklərdən keçdik, ağrılar yaşadıq. Onun haqqında günlərlə, saatlarla da danışsam, az olar. İlkin haqda xatirələrim bitmək bilməz.

O, nümunəvi vətənpərvər hərbçi, övladlarını, ailəsini daim ürəyində gəzdirən bir qəhrəman idi. Düzdür, biz İlkini gec-gec görürdük, amma mənalı günlər keçirirdik. Onun yaşatdığı hər gün bizim xatirəmizdə silinməz izlər qoyub. Sanki o günləri bu gün də yaşayırıq. Mənim qadın xoşbəxtliyim İlkin torpağa basdırılan həmin 3 oktyabr günündə onunla bir məzarda dəfn olundu.

İndi İlkin nəinki hər günümüzdə, hər dəqiqəmizdə anılır. Onun mənə üç əmanəti qaldı. Fidan, Ləman, bir də İlkinin özünün təbirincə desək, həyatımızın uğuru olan Uğur balamız. O, heç övladlarından, övladları da ondan doymadı. Bizim həyatımız sanki həsrət üzərində qurulmuşdu.

Biz onsuz yaşayır, nəfəs alırıq. İlkinin yoxluğu ilə barışmaq olmur. O, bizim üçün sağdı, ruhən yaşayır, bizi görür. Biz onun ruhu qarşısında baş əyirik. Onun xatirələri, məzarı bizim ürəyimizdədi.

Şəhadətindən sonra şəhidimizin adı onun yaşadığı küçəyə verilib.

Gülsüm ƏHƏDZADƏ

 

 

 

 





18.06.2022    çap et  çap et