İyunun 5-də həbsdə olan jurnalist Rauf Mirqədirovun apellyasiya şikayətinə baxılacaq.
Bu barədə APA-ya məlumat verən vəkil Elmar Süleymanov deyib ki, apellyasiya şikayəti Səbail Rayon Məhkəməsinin qərarından verilib: “İstintaqı aparan müstəntiq İbrahim Ləmbəranski tərəfindən Rauf Mirqədirova ailə üzvləri ilə görüşə, telefon əlaqəsi yaradılmasına və istədiyi qəzetləri almasına qadağa qoyulub. Biz həmin qərardan Səbail Rayon Məhkəməsinə şikayət etmişdik. Lakin məhkəmə bizim iddiamızı təmin etmədiyi üçün qərardan apellyasiya şikayəti verdik”.
E. Süleymanov sabah keçiriləcək iclasda R. Mirqədirovun da iştirak edəcəyini deyib.
çap et