525.Az

Anar Əlişir Nəvai medalı ilə təltif olunub 


 

Anar Əlişir Nəvai medalı ilə təltif olunub <b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev Beynəlxalq Türk Akademiyasının Əlişir Nəvai qızıl medalı ilə təltif olunub.

525.az xəbər verir ki, medalı ona Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli təqdim edib. Çıxışında Anarın türk dünyası qarşısındakı xidmətlərindən söz açan Kıdırəli yazıçının əsərlərini böyük maraqla oxuduğunu vurğulayıb.

Anar öz növbəsində mükafatı almaqdan məmnunluq duyduğunu bildirib.

Qeyd edək ki, Əlişir Nəvai medalı ilə türk dünyasında ortaq düşüncənin formalaşmasına, ədəbi əlaqələrin inkişafına inteqrasiya sahəsindəki xidmətləri olan şəxslər təltif olunur.

Aytac Sahəd

 





19.06.2022    çap et  çap et