525.Az

Yunanıstan Azərbaycan qazının Bolqarıstana nəqlinə başlayıb


 

Yunanıstan Azərbaycan qazının Bolqarıstana nəqlinə başlayıb<b style="color:red"></b>

“Interconnector Greece – Bulgaria” (IGB) kəmərinin operatoru Azərbaycan qazının Bolqarıstana nəqlinə başlayıb.

525.az xəbər verir ki, bu barədə Bolqarıstanın BNR agentliyi məlumat yayıb. Qaz nəqlinin hələlik sınaq mərhələsində olduğu bildirilib. 

Məlumata görə, Azərbaycan qazının Komotini-Stara Zaqora kəməri ilə Yunanıstandan Bolqarıstana sınaq nəqlinə bu gün başlanılıb, sınaq işləri ayın sonunadək davam edəcək.

 





19.06.2022    çap et  çap et