525.Az

Qədim türk dilinə çevrilmiş ilk Quran kitabı Şuşa məscidinə hədiyyə edilib


 

Qədim türk dilinə çevrilmiş ilk Quran kitabı Şuşa məscidinə hədiyyə edilib<b style="color:red"></b>

Qaraxanlı dövləti dövründə ilk dəfə qədim türk dilinə çevrilən və Türk Akademiyası tərəfindən çap olunan müqəddəs Qurani-Kərim kitabı Şuşa məscidinə hədiyyə edilib.

525.az xəbər verir ki, IX Qlobal Bakı Forumu çərçivəsində Şuşa şəhərində keçirilən tədbirlərə qatılan Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali Qurani-Kərim kitabını Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasova təqdim edib.

Müqəddəs kitabın İstanbulda saxlanılan nüsxəsinin faksimil nəşri olan Qurana ön sözü Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan yazıb.

 

 





19.06.2022    çap et  çap et