525.Az

5 gün döyüş sursatları utilizasiya ediləcək


 

5 gün döyüş sursatları utilizasiya ediləcək<b style="color:red"></b>

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatan və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam edir.

Müdafiə Nazirliyindən 525.az-a verilən xəbərə görə, döyüş sursatlarının utilizasiyası prosesi iyunun 20-dən 25-ə qədər Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Ümumqoşun təlim poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

 





20.06.2022    çap et  çap et