525.Az

Aureliya Qriqoriu: "Ölkələrimiz, parlamentlər və hökumətlərimiz arasında münasibətlərin daha da inkişafını arzulayıram"


 

Aureliya Qriqoriu: "Ölkələrimiz, parlamentlər və hökumətlərimiz arasında münasibətlərin daha da inkişafını arzulayıram"<b style="color:red"></b>

Diaspor Jurnalistləri Birliyi "Azərbaycanın xaricdəki əcnəbi dostları" adlı layihə həyata keçirir. Məqsəd əcnəbi dövlət ictimai xadimlərlə münasibətlərin yaradılması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır. Layihə çərçivəsində növbəti müsahib Moldova Respublikasının ombudsmanı Aureliya Qriqoriudur.

 

 

-Bilmək istərdik ki, sizin həyat yolunuz karyeranız necə qurulur?

-Bu sual məni düşünməyə həyatıma bir sıra yekun nəticələr verməyə məcbur edir. Mən özümü xoşbəxt hesab edirəm. Məni sevən həyat yoldaşım, gözəl uşaqlarım, məni anlayan valideynlərim, sevimli işim var. Öz peşəkar karyeramda parlament vəkili vəzifəsini müəyyən bir vektor kimi qəbul edirəm. Sizin sualınızı cavablayarkən, düşündüm ki, bu vəzifədə mən insan haqlarının müdafiəsi üçün hər şeyi etmişəmmi? Qeyd edə bilərəm ki, çox işlər görülüb. Moldovada insan haqlarının qorunmasında ən böyük nailiyyətim olan, Konstitusiya Məhkəməsindəki qalibiyyətlərimi göstərə bilərəm, bunlardan, məsələn, işçilərin xəstəlik kağızları üzrə ödəmələrinin ləğv olunması qeyd edilə bilər. Mənim təklifimlə Konstitusiya Məhkəməsinin qərarına əsasən, hər il işçilərin əməkhaqqından 20 milyondan artıq tutulmalar alınmır. Mənim inadlı təkidimlə baş nazir Vlad Filatın köməyi ilə əlillərin hüquqları haqqında hökumət tərəfindən Konvensiyanın patifikasiya proseduru təşəbbüsü həyata keçirilib. Mənim təşəbbüsümlə rəhbərliyin bilavasitə köməyi ilə Moldovada 15 il ərzində ilk dəfə olaraq insan haqlarının qorunması üçün Ombudsmanlar üzrə beynəlxalq konfrans keçirilib. Parlament vəkili vəzifəsində işləmək imkan verdi ki, dünya siyasi elitalarının nümayəndələri ilə tanış oldum. Bu cür insanlarla təmasda olarkən, mən bütün bəşəriyyət cəmiyyət qarşısında qoyulan məsələləri daha dolğun dərk etməyə başladım. Qeyd etmək istəyirəm ki, planlaşdırdığımız məsələlər hamısı həyata keçirilməyib. Gələcək karyerama gəldikdə isə düşünürəm ki, hansı yolu seçib davam etdirim. Öz namizədliyimi xalq vəkili seçkilərinə verim, yaxud özümü siyasi karyeraya həsr edim.

- Xarici ölkə vətəndaşlarının arasında siz Azərbaycanın yaxın dostuna çevrilmisiniz. Sizin Azərbaycana olan sevginiz haradan qaynaqlanır?

- Qısa cavab verəcəm. Sizin ölkəyə ilk dəfə gələrkən Azərbaycan xalqı ilə görüşərkən özümü evimdəki kimi hiss etdim. Azərbaycan mənim ürəyimə yatdı. Düşünürəm ki, sizin ölkənin xəritəsinin qartala oxşaması təsadüfi deyildir. Xalqın qonaqpərvərliyi, onun xeyirxahlığı heç bir xoşməramlı insanı Azərbaycana laqeyd yanaşmağa qoymaz.

- Sizcə, Azərbaycan Moldova arasında münasibətlər necə inkişaf edir?

- Azərbaycan Moldova üçün dost ölkədir. Ölkələrimiz arasında münasibətlər, hesab edirəm ki, yaxın olmalıdır. Bizim ölkələrin ümumi problemi var - "dondurulmuş münaqişələr". zənnimcə, bizim dost ölkələrimizin mövqeləri bu məsələlərdə daha da yekdil olmalıdır. Beynəlxalq səviyyədə bir-birimizin dayağını hiss etməliyik. Bundan başqa, bizim ölkə əhalimizin inkişaf müvəffəqiyyətləri, mədəniyyəti tarixini əks etdirən mətbu orqanların yaranmasını istərdim. Hətta birgə analitik Azərbaycan-Moldova mərkəzinin yaranması da ola bilər. Bizim ölkələrin xalqları xeyirxahlığı, səmimiliyi qonaqpərvərliyi ilə bir-birinə oxşayırlar. İstərdim ki, ölkələrimiz arasında münasibətlər daha sıx yaxın olsun.

-Dağlıq-Qarabağ məsələsinə dair Moldovanın rəsmi mövqeyi haqqında deyə bilərsiniz?

- Moldova Dağlıq Qarabağ məsələsi üzrə BMT-nin Baş Assambleyasının qətnaməsini bəyənib. Lakin mən belə fikirləşirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Moldovanın daha geniş məlumatlandırılması lazımdır. Mən Moldovada Qarabağ müharibəsi haqqında az məlumatın olması ilə qarşılaşdım. Ermənilər tərəfindən Dağlıq Qarabağ 7 rayonun işğal olunmasını, əsasən azərbaycanlıların soyqırımı Xocalı faciəsi haqqında heç kəsin xəbəri belə olmamasını da qeyd etmək istərdim. Vəzifəmdən asılı olmayaraq, Moldova cəmiyyətini dünya ictimaiyyətini bu hadisələr haqqında məlumatlandırmağı özümə borc bilirəm. İmkanım daxilində, Qarabağ məsələsi üzrə BMT-nin Baş Assambleyasının qərarının qətnaməsinin yerinə yetirilməsi işlərində iştirak edəcəyəm. Mənim arzum odur ki, bizim ölkələr, parlamentlər hökumətlərimiz arasında mədəni, dostluq siyasi münasibətlər inkişaf etsin, şəhər kəndlərimiz xalqlarımız qardaş kimi olsunlar.

-Ermənilər tərəfindən sizə qarşı təhdidlər davam edirmi?

-Təhdidlər haqqında suallara daha cavab vermək istəməzdim. Belə vəziyyət fasiləsizdir. Yeni demək istərdim. Mənə, Azərbaycandan olan erməni qaçqınlar müraciət edib xahiş edirlər ki, onlara öz vətənləri olan Azərbaycana qayıtmaqda kömək edim. Onların Ermənistanda çox acınacaqlı vəziyyətləri haqqında yazdıqları fikirlər heç bir ağla sığışmır.

-Bu düzdür ki, sizin ombudsman vəzifəsinin bitməsinin vaxtı çatıb? Əgər belədirsə, gələcəkdə ilə məşğul olacaqsınız?

-Mənim vəzifə borclarım hələ bitməyib. Hələ Moldovanın ombudsmanı vəzifəsini icra etməkdə davam edirəm. Bu ilin 9 mayında Moldovada yeni qanun qüvvəyə mindi "Xalq vəkili haqqında" qanun. Bu qanuna əsasən, bizim ölkədə iki vəzifədən ibarət ombudsman yaradılıb, xalq vəkili uşaq haqları üzrə ixtisaslaşdırılmış xalq vəkili. Hazırda bu vəzifələrə namizədlər üzrə xüsusi parlament komissiyası işləyir.

- Dağlıq Qarabağın separatçılar tərəfindən zəbt olunması Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal olunması məsələsi barəsində işinizi davam etdirirsinizmi?

- Əlbəttə, davam etdirirəm. Bu konkret hüquqi işlər tələb edir ki, bunları mən danışıram, lakin heç edə bilmirəm. Zənnimcə, Allahın köməyi ilə Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ətraf 7 rayon yaxın vaxtlarda azad olunacaq. Sözümü Nizami Gəncəvinin kəlamları ilə bitirmək istərdim: "Hərəkət etmək lazımdır, bir göz qırpımına tez inan. Axı, hərəkətsiz qalmaq donub-qalmağa gətirib çıxarır".

PƏRVANƏ

 





04.06.2014    çap et  çap et