525.Az

Şuşalı, Şuşasız Abay Dağlı


 

Şuşalı, Şuşasız Abay Dağlı<b style="color:red"></b>

Azərbaycan mühacirət ədəbiyyatının tanınmış  simalarından  olan Mirzə Abay Dağlının həyat yaradıcılıq yolu, ədəbi irsi haqqında ötən əsrin 90- illərinin sonundan Kütləvi İnformasiya Vasitələrində ara-sıra bioqrafik materiallar dərc olunmağa başlasa da, istedadlı yazıçı-dramaturqun qələminə mənsub bədii nümunələrin - xüsusi ilə onun mühacirət dövrü yaradıcılığının elmi-nəzəri baxımdan ardıcıl sistemli araşdırılması son dövrlərə təsadüf edir. Xalq yazıçısı, görkəmli ədəbiyyatşünas, filologiya elmləri doktoru professor Elçin hələ ötən əsrin 90- illərində qələmə aldığı məqalələrinin birində  ədəbiyyatşünaslıq elmi ədəbi tənqidin qarşısında duran vəzifələrdən mühacirət ədəbiyyatının tədqiqi  prinsiplərindən  bəhs edərkən haqlı olaraq ümumən  mühacirət irsinin tədqiqinin aktuallığını bu problemə  ciddi yanaşmağın vacibliyini vurğulayırdı: " Azərbaycan mühacirət ədəbiyyatının öyrənilməsi həmin ədəbiyyatın ədəbi prosesə cəlb edilməsi bu gün bizim ədəbiyyatşünaslıq elminin ədəbi tənqidin qarşısında duran  mühüm məsələlərdən  biridir.  Hissə  qapılmadan,  "mühacirətdə yazılıbsa, hamısı əladır!" - kimi kor-koranə prinsiplə yox, obyektiv elmi-nəzəri meyarlarla aparılan araşdırmalar nəticəsində xalqımızın uzun müddət ayrı düşmüş mənəvi sərvəti, təbii ki, özünə qaytarılmalıdır".

 AMEA Rəyasət Heyətinin 2014- ildə keçirilən iclasının qərarına əsasən "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası"nın yaradılması nəzərdə tutulub. Hazırda həmin qərarla müəyyənləşdirilmiş tədbirlərin icrasının həyata keçirilməsi - seriya ilə kitabların buraxılması, o cümlədən Abay Dağlının bədii irsinin nəşrə hazırlanması istiqamətində AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan mühacirət ədəbiyyatı şöbəsində müvafiq işlər görülür.

Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, fəlsəfə doktoru, Azərbaycan mühacirət ədəbiyyatının səriştəli tədqiqatçısı Nikpur Cabbarlının Abay Dağlının həyat, yaradıcılığı ilə bağlı araşdırmaları xüsusi ilə diqqəti çəkir təqdirəlayiqdir."Abay Dağlının mühacirət dövrü yaradıcılığı" adlı monoqrafiyasında tədqiqatçı Abay Dağlının həyat yoluna yaradıcılığının mühacirətə qədərki dövrünə qısaca nəzər salır, ədəbi irsinin tədqiqi tarixini vəziyyətini qiymətləndirir, mühacirət illərində yazdığı dram nəsr əsərlərini müasir tələblər səviyyəsində təhlil müstəvisinə cəlb edir. Nikpur Cabbarlı monoqrafiyada mühacir yazıçının ədəbi irsini beş problem - "Sənətkar zaman problemi", "Anadolu istiqlal savaşının inikası", "Totalitar sovet rejiminin ifşası", "Milli-mənəvi dəyərlər problemi", "Quzey Kıbrıs olaylarının əksi" ətrafında qruplaşdıraraq araşdırmış, öz təbiri ilə desək, Abay Dağlının mühacirət dövrü yaradıcılığı barədə müəyyən elmi təsəvvür yaratmağa çalışmışdır. Adıçəkilən monoqrafiyada "Təbii ki, A.Dağlının ədəbi irsinin tədqiqi sahəsində hazırkı vəziyyət qənaətbəxş sayıla bilməz. A.Dağlının mühacirət dövrü yaradıcılığının nisbətən ətraflı araşdırılması yönündə ilk təşəbbüs olaraq ədəbi-elmi ictimaiyyətin diqqətinə təqdim edilən bu monoqrafiya da məhz həmin boşluğu müəyyən qədər aradan qaldırmaq məqsədi izləyir" - yazan Nikpur Cabbarlı qənaətində haqlıdır bizim Abay Dağlı həyatının   ədəbi irsinin diqqətçəkən məqamlarına  müraciətimiz dramaturqun ömür yolunun yaradıcılığının daha geniş aspektdə araşdırılması məqsədi daşıyır.

Mirzə Abay Dağlı (Cəmil İbrahim oğlu Ağayev) 1906- il yanvar ayının 27- Şuşada çilingər, öz ifadəsi ilə desək, "qustar" ailəsində anadan olub. Yeri gəlmişkən, bəzi mənbələrdə, məsələn, 1936- ildə öz qələmi ilə doldurulmuş "Kadrlar uçotu üzrə şəxsi vərəqə" (15) 1937-ci ildə yenə özünün yazdığı "Şəxsi kartoçka"da (yenə orada) A.Dağlı təvəllüd tarixini nədənsə, 1910-cu il kimi göstərib. Yaxud abaydağlışünaslardan Lətif Yücelin 1991-ci ilin aprelində Bakıda keçirilmiş "Azərbaycan mühacirət ədəbiyyatı" beynəlxalq elmi simpoziumdakı çıxışının  mətnində  Abay Dağlının doğum tarixi 1922-ci il kimi göstərilib. Lakin əksər araşdırmaçıların yekdil qənaətinə bir çox rəsmi sənədlərə, o cümlədən A.Dağlının özünün yazdığı "Avtobioqrafiya"ya əsasən A.Dağlının təvəllüd tarixi 1906- ildir.

Abay Dağlı atasının yanında işləyə-işləyə ilk təhsilini Şuşada realnı məktəbdə almış, bir müddət (1925-1927) pioner təşkilatçısı kimi çalışdıqdan sonra Azərbaycan Mərkəzi Partiya məktəbində oxumuş (1927-1929), 1936- ildə Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinin ədəbiyyat ixtisası üzrə tam kursunu bitirmişdir. Hələ bundan xeyli əvvəl - 1929-1932-ci illərdə Şəmkir rayonunun Zəyəm Anino kənd məktəblərində müəllimlik edən Abay Dağlı 1936- ildə dərs demək üçün təyinatla Nuxadakı Stalin adına Pedaqoji Texnikuma göndərilir 1940- ilədək orada çalışır. Vəzifəsi ixtisara düşdüyündən 1940- ildə Bakıya gəlir Nizami muzeyində kiçik elmi işçi kimi fəaliyyətə başlayır. 1941-ci ildə orada da  ştatın ixtisarı ilə əlaqədar işindən azad olunur.

1941-ci ildə Böyük Vətən Müharibəsinə, cəbhəyə çağırılan Abay Dağlı bir daha Vətənə qayıtmır. Əvvəllər Münhendə, sonralar Ankara İstanbulda yaşayır. 1989-cu ildə İstanbulda vəfat edir. 1960- illərdə bacısı Xanıma yazdığı məktublardan məlum olur ki, o, əvvəlcə Almaniyada, sonralar Türkiyədə ailə həyatı qurub. Həyat yoldaşının adı Əminə, yeganə övladının adı Nursəndir.

Abay Dağlı maraqlı , mürəkkəb zəngin yaradıcılıq yolu keçib. Mövzu, ideyasına görə onun yaradıcılığını iki mərhələyə bölmək olar: mühacirətə qədərki mühacirət dövrü. Mühacirətə qədərki mərhələni ilk qələm təcrübələri, sovet həyat yaşayış tərzi ilə bağlı məqalələr, Azərbaycan dünya klassiklərinin irsi ilə əlaqədar ümumi məlumat səciyyəli yazılar, şeirlər, mənzum əsərlər s. təşkil edir. Salman Mümtaz adına Mərkəzi Dövlət Ədəbiyyat İncəsənət Arxivinin  (MDƏİA)  direktoru Maarif Teymurun tərtib etdiyi "Səslərəm səni" adlı kitabda Abay Dağlının şeirləri ədəbi-tənqidi məqalələrinin bir hissəsi toplanıb.

Abay Dağlının mühacirət dövrü yaradıcılığı həm sənətkarlıq, həm mövzu-ideya baxımından kəskin fərqlənir. Böyük Vətən Müharibəsi illərində qələmə aldığı bir sıra poeziya nümunələri milli legionun mətbu orqanında - "Azərbaycan" qəzetində dərc edilib. Onlardan bəziləri ("Novruz", "Azəri türküsü", "Abbas Mirzə səslənərkən", "Azərbaycan", "Ay-ulduz əfsanəsi", "Yoxdur" s.) Məmməd Cəfərlinin "Azərbaycan legion ədəbiyyatı" kitabında öz əksini tapıb.

Abay Dağlının mühacirət dövrü yaradıcılığında qəzəllər mühüm yer tutur. Bu əsərlərində o, "daha çox Vətən həsrətini, qürbət həyatının ağrı-acılarını ifadə etmişdir". Tanınmış mühacir ədəbiyyatşünas Mustafa Haqqı Türkəqul Abay Dağlının qəzəllərindən ibarət kitabı 1962-ci ildə "Mirzədən qəzəllər" adı ilə İstanbulda nəşr etdirib. Kitaba yazdığı ön sözdə M.H.Türkəqul Abay Mirzənin kitabda təqdim etdiyi əsərlərin forma baxımından klassik qəzəllərə bənzədiyini, lakin onların həm dil, həm mövzu baxımından tamamilə yeni olduğunu vurğulayır cəsarətlə qeyd edir ki, Abay Dağlı bu qəzəlləri ilə fikir yığcamlığı, ifadə aydınlığı sadə sözlərlə zəngin türkcəmizin gözəl bir örnəyini verib.

İstər mühacirətə qədər istərsə ,  mühacirətin ilk illərində poeziyaya meyl göstərən   Abay Dağlı ədəbi aləmdə daha çox dramaturq kimi tanınır. "Əsir ruhlar", "Füzuli", "Okullular", "Sakarya", "Atatürk", "Sakarya çetesi", "Malazgirtdən Sakaryaya", "Sakaryada 22-ci gün", "Albay", "Dədə Qorqud"  kimi pyeslər Abay Dağlı qələminin məhsuludur əsərlərin adlarından da göründüyü kimi onların mövzusu milli, mənəvi, mədəni, tarixi dəyərlərdən, istiqlal savaşından, istiqlal qəhrəmanlarının həyatından götürülüb. Yazıçının "Onlar türklərdir" adlı memuarında isə sovet rejim ideologiyasının bəlaları, fəsadları, eyni zamanda faşizmin törətdiyi cinayətlər təsirli bir dillə əksini tapıb.

Abay Dağlı yaradıcılığı, onun pyeslərinin mövzusu, ideyası barədə müəyyən təəssürat əldə etmək üçün bu əsərlərlə bağlı vaxtı ilə  qələmə alınmış rəylərə qısaca nəzər salmaq yetərlidir. Ədəbiyyatşünas Mustafa Haqqı Türkəqul "türkçü istiqlalçı", eyni zamanda "xocam dostum" deyə təqdim etdiyi Abay Dağlının uzun illər ağır şərtlər altında çətin şəraitdə bolşevizmə sovet rejiminə qarşı "qələm mücadiləsi" etdiyini göstərir dramaturqun "Əsir ruhlar" pyesinə giriş əvəzi "Əsərin müəllifi haqqında bir neçə söz" adlı məqaləsində yazır: "Mirzə bu yazı mücadiləsində realist, səmimi cəsur olmuşdur... xaricdəki ədəbi fəaliyyəti müddətində Mirzə heç bir cərəyan qruplaşmaya qatılmayaraq, türkçülük Azərbaycan istiqlalı fikrini özünə şüar etmiş, bütün məsaisini (çalışma, səy göstərmə - T.A.) bu yolda sərf etmişdir. Çox mütəvazi, nəfsinə hakim, iradəli ideallarına sonunadək sadiq olan dostumun tək arzusu Azərbaycanın istiqlalına qovuşması türkçülüyün payidar (ədəbi, daimi - T.A.) olmasıdır" .

Hələ gənclik illərindən taleyini sözə, sənətə bağlayan Abay Dağlı müxtəlif janrlarda - oçerk dram əsərlərində yazıçı, şair obrazları yaradıb. Yaradıcılığının  ən məhsuldar müdrik dövründə - ötən əsrin 60-70-ci illərində o, "Füzuli" "Dədə Qorqud" pyesləri ilə türk-islam dünyasının iki parlaq simasına öz məhəbbətini izhar edib. Prof.dr. Əli Nihat Tərlan "Füzuli" haqqında yazıb: "Bizdə Füzuli haqqında bir səhnə əsəri vücuda gətirən A.Dağlı şirin bir qərb türkcəsi şivəsi ilə bizi Füzulinin içli lirizminə sürükləyir, qüsursuz nəzm dili içində səhnənin icab etdirdiyi qıvraqlığı da ustalıqla əsərinə verə bilən bu idealist şair ədəbiyyatımızın mühüm bir əksiyini tamamlamışdır". Ankarada nəşr olunan "Türk bilgisi" dərgisi isə rəsmi özəl teatr mənsublarına "Füzuli" pyesinə lazımi diqqət göstərməyi tövsiyə edir yazırdı: "Hörmətli A.Dağlı bir Füzuli aşiqi olaraq öz sənət qüdrətinin coşqunluğu ilə qarşımıza canlı bir Füzuli çıxarmışdır. Ədəbiyyat tarixinin kif atmış səhifələri içində həbs edilmiş Füzulinin yerinə qarşımızda yaşayan sənət zövqü ilə bizi büyüləyən (təsirləndirən, özünə bağlayan - T.A.) bir Füzuli var".

"Dədə Qorqud" pyesi eyni istəkdən, eyni məramdan - milli-mənəvi dəyərləri, tarixi şəxsiyyətləri yaşatmaq, təbliğ etmək arzusundan ərsəyə gəlib. Müəllif kitaba giriş əvəzi yazdığı "Dədə Qorqud pyesi" adlı məqalədə göstərir ki, Vətənin müdafiəsi, gənclərin bu ruhda yetişdirilməsi üçün bu qəbildən olan əsərlər faydalıdır.

Abay Dağlının mühacirət dövrü yaradıcılığı haqqında dediklərimizi yekunlaşdırsaq, aşağıdakı qənaətlərə gələ bilərik:

- Azərbaycan mühacirət ədəbiyyatının tanınmış xadimlərindən olan Abay Dağlının əsərlərinin başlıca ideyası türkçülük, azərbaycançılıq, istiqlalçılıqdır;

- Abay Dağlının çoxşaxəli yaradıcılığını, rəngarəng mövzularını bir ana xətt birləşdirir: milli-mənəvi, tarixi dəyərlərə sonsuz məhəbbət. Bu sevgi istiqlal savaşından yazanda da, Füzuli, yaxud Dədə Qorqud obrazını yaradanda da, yaxud məktəb, təhsil həyatını işıqlandıranda da eyni dərəcədə özünü göstərir, təzahür edir;

- qərib, mühacir həyatının qəmi, kədəri, Vətən həsrətinin iztirabları, doğmaların intizarı "içi sızladan ədəbi bir üzüntü" Abay Dağlının ədəbi                  irsinə hopmuşdur;

- Abay Dağlının toxunduğu mövzular köhnəlməyib, bu gün aktual əhəmiyyətlidir;

- Abay Dağlının pyesləri özünün bədii məziyyətləri, üslubu, dialoqların canlı, dilinin sadə, anlaşılan, həm zəngin koloritli olması ilə yadda qalır. Dramaturq oxucunu intizarda saxlamağı, öz qəhrəmanlarının taleyini sonunadək izlətməyi bacarır, əsərlərin süjeti sadə, kompozisiyası yığcamdır. Bir sözlə, A.Dağlı pyesləri sənətkarlıq baxımından da sanballı diqqətçəkəndir;

- istər tarixi, istər müasir mövzularda A.Dağlı dövrün tələblərini milli maraqları məharətlə ön plana çəkir: Vətənə məhəbbət, millətə xidmət! Yazıçının bu missiyası  milli özünütəcrid  yox, sivil  dəyərlərə sahib olmaqla  daha sürətli tərəqqiyə nail olmaq  kimi bəşəri xarakter daşıyır.

Ədəbi aləmdə Abay Dağlı kimi tanınan Cəmil Ağayevin istər mühacirətəqədər istər mühacirət dövrü yaradıcılığında digər təxəllüsləri olub. İlk yaradıcılığında "Qırmızı Şamxor", "Nuxa işçisi", "Ədəbiyyat", "Kommunist", "Gənc pedaqoq" qəzetlərində "Şuşalı", "Ağayev Cəmil", "A.Cəmil" imzaları ilə şeir məqalələr dərc etdirən Abay Dağlı daha sonralar "A.M.D.", "M.D.", "Rana", "A.Anar", "A.Dağlı", "Abay Mirzə", "Abay Mirzə Dağlı", "Abay Dağlı" kimi təxəllüslərlə yazıb yaradıb. Abay Dağlı qohumları, xüsusi ilə bacısı Xanımla yazışmalarını "Abay Ağa" kimi imzalayıb .

Abay Dağlının mühacirət həyatı irsi nəinki Azərbaycan oxucuları, heç doğmaları üçün uzun müddət - ötən əsrin 40- illərindən 60- illərin sonunadək tam qaranlıq qalıb. Yalnız 1965-ci ildə o, bacısı Xanıma ilk məktubu ünvanlayır. Ara-sıra yazışma 1968-ci ilədək davam edir. Sonra məlum olmayan səbəblərə görə məktubların arası kəsilir. Ötən əsrin 90- illərindən sonra yenidən Abay Dağlı xatırlanmağa başlayır. Professor Vaqif Sultanlı onun "Füzuli" pyesi haqqında "Azadlıq" radiosunda çıxış edir. Azərbaycan mühacirət irsinin fədakar təmənnasız toplayıcısı Ramiz Abutalıbov 1990- illərin sonlarında S.Mümtaz adına ADMİA-ya Abay Dağlının 4 kitabını hədiyyə edir. O zaman eyni vaxtda R.Abutalıbov Abay Dağlının kitabları - "Dədə Qorqud", "Əsir ruhlar", "Albay", "Sakarya çetesi" pyesləri barədə mətbuatda çıxış etsə , müəllifin həyatı barədə geniş informasiya vermir özünün etiraf etdiyi kimi, "Mirzə Abayın əsl adı hələ naməlum qalır". Məqalənin sonunda müəllif oxuculara müraciət edərək Abay Dağlı haqqında məlumat verilməsini xahiş edir. 2000-ci il noyabrın 6-da bacısı Xanımın arxivə təqdim etdiyi 310 sənədin əsasında ADMİA-da "Şair, publisist, ədəbiyyatşünas Mirzə Abay Dağlı (Ağayev Cəmil İbrahim oğlu)" fondu yaradılır. Burada Abay Dağlının həyat yaradıcılığı ilə bağlı 1924-1997-ci illəri əhatə edən sənədlər toplanılıb.

 

 

 





04.06.2014    çap et  çap et