M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Türkiyə Prezident Kitabxanasının ev sahibliyi etdiyi 36-cı CENL-in illik iclasında iştirak edir.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, iclasda 2021-ci ildə Belçikanın paytaxtı Brüsseldə keçirilən 35-ci CENL illik iclasının protokolu və CENL illik hesabatı və növbəti il üçün CENL büdcəsi müzakirə edilib.
Sonra IFLA prezidenti Barbara Lison "Milli kitabxanaların cəmiyyət üçün aktuallığı" mövzusunda çıxış edib. Daha sonra Vernadski adına Ukrayna Milli Kitabxanası, Monteneqro Milli Kitabxanası, Çex Respublikası Milli Kitabxanası və Lüksemburq Milli Kitabxanasının nümayəndələri çıxış ediblər. Sonda konfrans iştirakçıları xatirə fotosu çəkdiriblər
Konfransa növbəti il Fransa Milli Kitabxanası ev sahibliyi edəcək.
çap et