525.Az

Lənkəranda yol qəzasında 1 nəfər ölüb


 

Lənkəranda yol qəzasında 1 nəfər ölüb<b style="color:red"></b>  Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə iyunun 4-də səhər saatlarında Lənkəran-Lerik şose yolunun 19-cu kilometrliyində, rayonun Təngivan kəndindən keçən hissəsində  qeydə alınıb.
 
Lerik rayon sakini, 1971-ci il təvəllüdlü Qafur Abutalıb oğlu Alxasovun idarə etdiyi “Niva” markalı avtomobil Lənkəran rayonunun Şağlakücə kənd sakini, 1982-ci il təvəllüdlü Rafiq Rafil oğlu İsmayılovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə toqquşub. Güclü zərbə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan “Niva”nın sürücüsü  hadisə yerindəcə dünyasını dəyişib.
 
Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi açılıb,  araşdırma aparılır.
 





04.06.2014    çap et  çap et