525.Az

İlyas Əfəndiyev Fondu yeni layihələr həyata keçirəcək


 

İlyas Əfəndiyev Fondu yeni layihələr həyata keçirəcək<b style="color:red"></b>

İlyas Əfəndiyev Fondu Azərbaycanda uzun müddət səmərəli fəaliyyətindən 2011-ci ildə Avropa İttifaqı ərazisində qeydiyyatdan keçərək beynəlxalq status aldıqdan sonra dünyanın müxtəlif ölkələrində irihəcmli sosial-humanitar infrastruktur layihələri reallaşdırmaq niyyəti ilə çıxış etməkdədir.

İlyas Əfəndiyev Beynəlxalq Fondunun sosial-iqtisadi davamlı inkişafı nəzərdə tutan mühüm sosial-humanitar layihələr bir çox Avropa ölkələri tərəfindən böyük maraq rəğbətlə qarşılanıb. Fondun mətbuat xidmətindən "525"ə verilən məlumata görə, bu layihələrə böyük maraq ilk olaraq Balkan ölkələrindən gəlib. Bu siyahıda Monteneqro ön sıralarda yer alıb. Fond öz layihələrinin maliyyələşdirilməsini Londonda təsis etdiyi "Alta" "International Investment Consulting" şirkəti vasitəsilə həyata keçirməyi planlaşdırır. Layihələrin məqsədi Monteneqronun sosial humanitar sahədə problemlərinin həlli orada davamlı inkişafa nail olmaqdır.

Layihələrin qısa müddətdə həyata keçirilməsi məqsədilə İlyas Əfəndiyev Beynəlxalq Fondunun prezidenti Tural Əfəndiyev bu günlərdə Monteneqronun paytaxtı Podqoritsa şəhərində səfərdə olmuş layihələrin icrası ilə bağlı görüşlər keçirib.

Görüşlərin yekununda İlyas Əfəndiyev Beynəlxalq Fondu Monteneqro Respublikasının Nazirlər Kabineti yanında İnvestisiyaların Təşviqi Agentliyi arasında qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.

Sənədi İlyas Əfəndiyev Beynəlxalq Fondu tərəfindən bu qurumun prezidenti Tural Əfəndiyev Monteneqro tərəfdən agentliyin baş icraçı direktoru Miloş Yovanoviç imzalayıb.

Memoranduma əsasən, İlyas Əfəndiyev Beynəlxalq Fondu BMT-nin Minilliyin Məqsədlərinin nəzərdə tutduğu davamlı inkişaf sosial dəyərlər layihələri proqramlarına uyğun fəaliyyət göstərərkən agentlik tərəfindən fond üçün lazımi şəraitin biznes mühitinin yaradılmasına zəmanət verilir.

Bununla yanaşı, İlyas Əfəndiyev Beynəlxalq Fondunun prezidenti Tural Əfəndiyev Monteneqro Respublikasının maliyyə naziri Radoje ilə görüşərək təhsil, mədəniyyət sosial müdafiə sahələrinin inkişafına yönəlmiş "Monteneqro - XXI əsrin imici" layihəsi çərçivəsində görüləcək işlərin planlaşdırılması icrası ilə bağlı məsələlər ətrafında müzakirələr aparıb.

Fondun prezidentinin Monteneqroya səfəri, keçirilmiş görüşlər, aparılmış müzakirələr barədə Monteneqro Avropanın digər kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılıb.

S.ABDULLAYEVA

 





04.06.2014    çap et  çap et